İbad Hüseynov

Vətənə qayıdışı 

Dağlıq Qarabağda ilk hərbi toqquşmaların başlandığı zaman, İbad Amurda yerləşən hərbi hissədə Sovet ordusunda qulluq edirdi. Burada o, Sovet ordusunun Bakıya qoşun yeritdiyini və çoxlu sayda həmyerlisinin öldürüldüyünü öyrənir. Hüseynov Azərbaycandan olan digər hərbçilər ilə birlikdə, onların vətənə buraxılması məqsədilə müddətsiz aclıq aksiyasına başlayır. Komandanlığın ağır təzyiqinə baxmayaraq onlar aclıq aksiyasını dayandırmır. Nəticədə rəhbərlik geri çəkilir və indiyə qədər heç yerdə görünməmiş addım atır — hərbçiləri xidmət müddətinin bitməsinə qədər ehtiyata buraxırlar. Bununlada İbad Azərbaycana qayıtmağı bacarır.

Qarabağ müharibəsi

İbad Hüseynov 1990-cı ildə Azərbaycana qayıtdıqdan sonra öz doğma Xocavənd rayonuna gedir və orada yerli hərbi özünümüdafiə birləşmələri yaratmağa başlayır. Məhz bu dövrdə Dağlıq Qarabağ münaqişəsinin aktiv fazası başlayır və qızğın hərbi döyüşlərin getdiyi ərazilərə erməni silahlı qrupları soxulmağa başlayır. Bu qruplar yerli Azərbaycan əhalisinə qarşı xüsusi qəddarlıqla seçilirdi.
Ermənilərdə regionda yerləşən sovet ordusundan və ya xaricdən alınmış yetərincə hərbi sursat, təchizat və texniki vardı. Hüseynov və onun döyüş yoldaşlarında isə nə silah almaq, nə də onu haradansa əldə etmək imkanı yox idi. Bu üzdən o, “kəşfiyyat-diversiya dəstəsi” yaradır və erməni tərəfə keçərək onları məhv edərək, çoxlu sayda hərbi silah və təchizatlarını ələ keçirməyə başlayır. İbad Hüseynovun dəstəsi həmçinin sovet ordusunun hissələrinə də qarşı diversiya əməliyyatları keçirir və bu hərəkəti yerli sovet qoşunların ermənilərə dəstək verərək, onlara silah satmaları ilə izah edirdi.

Monte Melkonyan

Erməni tərəfin danışıqlarını radio yaxalama vasitəsilə izləyəndə məlum oldu ki, Ağdam-Xocavənd istiqamətində erməni hərbi bölmələrinə rəhbərlik etmək üçün əraziyə Avo ləqəbli məşhur erməni komandiri gəlir.
Azərbaycanlılar bu ləqəbin Monte Melkonyana məxsus olduğunu bilmirdilər. Onlar onu Avo kimi tanıyırdı və bilirdilər ki, ermənilər Avoya hörmət edir. O, bir neçə Yaxın Şərq müharibələrində iştirak edib, Avropada bir sıra terror aktlarının təşkilatçısı olmuşdur. Həmçinin məlum idi ki, Qarabağ müharibəsinin ən qanlı səhifələrindən biri olan Daradağlı qırğını, Xocalı soyqrımı və digər yaşayış məntəqələrində Avo bir başa olaraq qətliamda iştirak etmiş və erməni birləşmələrinə rəhbərlik etmişdir.
İbad azərbaycanlıların tökülmüş qanı üçün qisas almağı özünə söz verir və erməni komandiri Avonun bütün hərəkət və əməliyyatları haqda məlumat yığmağa başlayır. Məhz onun tərəfindən döyüşçülərə xüsusi əmr verilmişdir: “Əgər haradasa Avonu görsəniz atəş açmayın, mənə deyin”. O, Avo ilə şəxsən üz-üzə gəlmək istəyirdi.

Monte Melkonyanın öldürülməsi

Hüseynovun başçılığı altında olan dəstəyə düşmənin o biri tərəfinə keçib, onun cəbhə xətti boyunca bütün gücünün öyrənilməsi, hərəkəti və sayı haqda məlumat verməyi əmr edilmişdi. 14 nəfərlik hərbi dəstə ilə onlar düşmən tərəfə keçir və iki gün ərzində lazımı məlumat almağa başlayırlar. 1993-cü il iyun ayının 11-dən 12-nə keçən gecə İbad Hüseynov dəstəsi ilə ermənilərin nəzarəti altında olan doğma Muğanlı kəndinə daxil olur. Sonra özünlə dörd nəfər döyüşçü götürərək erməni mövqelərinin içinə doğru gedir. Bu an onlar Xocavənd rayon mərkəzi və Kuropatkino kəndi tərəfdən UAZ markalı avtomobil Muğanlı kəndi istiqamətində hərəkət edir. Bir neçə dəqiqədən sonra UAZ dağ çayında ilişir. Avtomobildən hərbi formalı bir adam düşür və iki nəfəri yerində qalmağı əmr edərək Muğanlı kəndi tərəfə getməyə başlayır.
İbad ilə Monte kənd məktəbinin həyətində üz-üzə gəlirlər. İbad iki dəfə Avoya atəş açdıqdan sonra erməni komandiri yıxılır və türkcə Hüseynovdan onu öldürməməyi yalvarır. Elə buradaca ermənilər arasında məşhur və az qala əfsanavi erməni komandirinin sonu gəlir. Monte Melkonyan öldürüldükdən sonra qənimət kimi İbad özü ilə silah, şəkillə bloknot, çəkmə, siqarət və qələm götürür. Öz hərbi hissəsinə gəldikdən sonra İbad komandirin otağına daxil olaraq: “Məndə sizin üçün suvenir var!” deyir və torbada olanlarını masaya düzür. Komandir dərhal hərbi hissəni düzür və xəbəri bütün şəxsi heyətə açıqlayır.

Yaralanması

26 dekabr 1993-cü ildə İbad minaya düşərək ağır yaralanır. Qəlpələr başa, ələ və ayaqlara girir və Hüseynov komaya düşür. 28-günlük komadan sonra xilasa heç bir ümid qalmamışdır. Moskvadan gəlmiş məşhur cərrah onun çıxılmaz vəziyyətini görüb, heç nəyə zəmanət vermədiyini açıqlayır. Kəlləni yardıqda, beyin və bədənin normal funksionallığını saxlamağa imkan verməyən çoxlu daxili qanaxmanı aşkar edir. Həkim hematomanı ləğv edir. Həkimlərin diaqnozuna baxmayaraq İbad Hüseynov komadan çıxır və sağlam həyata tam qayıdır. Hospitaldan çıxdıqdan dərhal sonra o cəbhə xəttindəki öz hərbi hissəsinə qayıdır.

Biz İbad Hüseynov kimi Vətənimizin oğulları qarşısında baş əyməliyik.

  1. allah rehmet elesin

  2. salam

  1. No trackbacks yet.

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: