“İRƏLİ” İctimai Birliyi 3 yaşını qeyd etdi

24 dekabr 2011-ci il tarixində HEZZ klubda “İRƏLİ” İctimai Birliyinin təsis olunmasının 3-cü il dönümünə həsr olunmuş tədbir həyata keçirilmişdir. Ümumilikdə 700 nəfərin qatıldığı tədbirdə diplomatik korpusun nümayəndələri, dövlət rəsmiləri, özəl sektorun, həmçinin QHT sektorunun təmsilçiləri və fəal “İRƏLİ”çilər iştirak etmişlər.

Tədbiri giriş sözü ilə açan “İRƏLİ” İctimai Birliyinin sədri, millət vəkili Ceyhun Osmanlı qonaqları salamlamış, çıxışına Cənab Prezidentimiz İlham Əliyevin doğum günü təbriki ilə başlamış, Azərbaycan gəncliyinin inkişafında verdiyi töhfələrdən danışmışdır. Daha sonra “İRƏLİ”nin yaranma ideyası və ümumilikdə fəaliyyət dövrü ərzində qazandığı uğurlardan bəhs etmişdir. Ceyhun Osmanlı çıxışında “İRƏLİ”nin ən böyük uğurunun onun Azərbaycan gəncliyinin etimadını qazanmasında gördüyünü bildirmişdir. Gələcəkdə də təşkilatın əsas vəzifəsinin məhz qazanılmış etimadın, etibarın saxlanılması və daha da möhkəmləndirilməsinə yönəldiləcəyini söyləmişdir.

Sonra Azərbaycan Respubikası Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov çıxışında “İRƏLİ” İctimai Birliyinin ölkəmizdə insan kapitalının, gənclər sektorunun inkişafında olan rolunu xüsusi olaraq qeyd etmişdir.

Daha sonra millət vəkilləri Qənirə Paşayeva, İlham Məmmədov, Asim Mollazadə, APA İnformasiya Agentliyinin baş direktoru Vüsalə Mahirqızı, həmçinin ABŞ-ın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Metyu Brayza “İRƏLİ”ni öz çıxışlarında təbrik etmişlər.

Tanınmış ifaçılardan Tünzalə Ağayeva, Sevda Ələkbərzadə, Miriyusif, həmçinin “İRƏLİ”çilərin hazırladıqları musiqi, vals, Latino Amerikan, milli rəqs nümunələri gecəyə xüsusi rəng qatmışdır.

Tədbir əyləncəli musiqi nömrələri ilə davam etmişdir.

Qeyd edək ki, “İRƏLİ” İctimai Birliyi 2005-ci avqustun 26-da yaradılmış “İRƏLİ” Ümumrespublika Gənclər Hərəkatının əsasında meydana gəlib. “İRƏLİ” Ümumrespublika Gənclər Hərəkatı 3 illik fəaliyyəti boyunca sıralarında 6 mindən çox Azərbaycan gəncini birləşdirərək ölkənin ən fəal təşkilatlarından birinə çevrilməyə müvəffəq olub. “İRƏLİ” Ümumrespublika Gənclər Hərəkatı təsisçiləri 9 Dekabr 2008-ci ildə Hərəkatın buraxılması barədə qərar qəbul edib və 24 dekabr 2008-ci ildə isə “İRƏLİ” İctimai Birliyi təsis olunub. “İRƏLİ”-də fərdi və kollektiv üzvlük sistemi mövcuddur. Hal-hazırda 22700 nəfərdən artıq gənc və 12 təşkilat “İRƏLİ”-yə üzvdür. Birliyin 2009 – 2010-cu illərdəki layihələrində 120 000 nəfərdən çox insan iştirak edib. “İRƏLİ”-nin fəaliyyəti Azərbaycanın bütün rayon və şəhərlərini əhatə edir, bununla yanaşı Avropanın 13 şəhərində təşkilatın əlaqələndiriciləri fəaliyyət göstərir.

  1. No trackbacks yet.

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: