Yeni Media

4 iyul 2011-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində (SAM) “Medianın transformasiyası: ənənəvi mediadan yeni mediaya keçid” mövzusunda  dəyirmi masa keçirilmişdir.

Dəyirmi masanın moderatoru “Antenn” Teleradio Şirkətinin prezidenti Rüstəm Əliyev qonaqları salamlayaraq mövzu barədə tədbir iştirakçılarına qısa məlumat vermişdir.

“İRƏLİ” İctimai Birliyinin baş katibi Rauf Mərdiyev çıxışında bildirdi ki, əvvəllər insanlar xəbərləri axtarırdılar indi isə xəbər özü insanı tapır. Onun sözlərinə görə Media orqanlar peşəkar xəbərlərlə yanaşı, personal (şəxsi) xəbərlərə də yer verməlidirlər. 

Tədbirdə çıxış edən APA İnformasiya Agentliyinin baş direktoru Vüsalə Mahirqızı bildirdi ki, yeni mediaya keçid dünyanın hər yerində müzakirə olunur. Onun sözlərinə görə, bu gün xalq jurnalistikası sürətlə inkişaf edir, müasirinformasiya texnologiyalarından istifadə olunur, hər hansı hadisə dərhal telefonla çəkilir, sosial şəbəkədə yerləşdirilir: “Bizim rastlaşdığımız sosial şəbəkələr, bloqlar yeni mediadır. “Facebook”, “Twitter” kimi bloqlarda jurnalistika prinsiplərinə əməl olunmur. Onlar operativdirlər, xəbər vermək standartlarına əməl edilmir, qarşı tərəfin mövqeyi verilmir, balans qorunmur”.

Dəyirmi masada yeni media üzrə məşhur Britaniyalı ekspert Devid Bruver də iştirak edirdi. Azərbaycan Media Mərkəzində yeni media ilə bağlı treninqlər keçirən  D.Bruver bu fenomenin ümumiyyətlə dünyada medianın təkamülü və transformasiyası ilə bağlı olduğunu, labüd proses olduğunu qeyd etdi. D.Bruver hesab edir ki,  mediada bu yeni reallıq müvafiq olaraq özünün metodoloji əsaslarının və media strategiyasının müəyyən edilməsini, bu sahədə kadr korpusunun formalaşmasını tələb edir.

Dəyirmi masa Azərbaycanda ilk dəfə olaraq canlı “Twitter” konfrans formatında təşkil olunmuşdur.  Tədbir müddətində ənənəvi və yeni media sahəsində çalışan təcrübəli ekspertlərin, eləcə də müvafiq dövlət qurumlarının nümayəndələrinin fikirləri onlayn formada SAM-ın Twitter səhifəsində (istifadəçi adı – SAM_Baku) Azərbaycan və İngilis dillərində yerləşdirilmişdir.

  1. No trackbacks yet.

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: