Mahir Şükürov xüsusi sifarişle 200 min dollarlıq avtomobil alıb

Azərbaycan milli komandasının futbolçusu, bir müddət öncə “Qəbələ” klubu ilə müqavilə bağlayan Mahir Şükürov özünə yeni avtomobil alıb.

Lent.az-ın məlumatına görə, Şükürov bu yaxınlarda Avropa turnesində olduğu vaxt Almaniyaya səfər edərək kataloqla “Mercedes” markalı “S500” model avtomobil sifariş edib.

Xüsusi sifarişlə istehsal olunan avtomobil hazırda satışda yoxdur. Həmin avtomobil 2012-ci ildən satışa çıxarılacaq. Maşının qiyməti 150 min dollardır. Gömrük xərcləri ilə birgə “Mercedes S500” Şükürova 200 min dollara başa gəlib. Artıq avtomobil 29 yaşlı müdafiəçinin yaşadığı Sumqayıt şəhərindədir. Futbolçu, necə deyərlər, avtomobilinə yaraşan dövlət nömrə nişanı da seçib: “50 CB 500”.

Bununla da Şükürov azərbaycanlı futbolçular arasında ən bahalı avtomobil sahibinə çevrilib. O, yeni maşını ilə Bakıya ilk dəfə mayın 24-də səfər edəcək. Həmin gün müdafiəçi Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “İnter” – “Xəzər Lənkəran” matçını izləyəcək.

Qeyd edək ki, əvvəllər ən bahalı avtomobil “Xəzər Lənkəran”ın müdafiəçisi Elnur Allahverdiyevdə (BMW X5 2011) və “Neftçi”nin kapitanı Rail Məlikovda (Mercedes GL 550) olub.

Lent.az Mahir Şükürovun avtomobilinin eksklüziv fotolarını təqdim edir.

  1. We absolutely love your blog and find a lot of your post’s to be exactly what I’m
    looking for. Does one offer guest writers to write content for
    you? I wouldn’t mind writing a post or elaborating on a lot of the subjects you write about here. Again, awesome weblog!

  1. No trackbacks yet.

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: