Bakıda “avtoş ovu”ndan müdhiş görüntüler – VİDEO

Bakı şəhər yol polisi avtoxuliqanlara qarşı mübarizəni gücləndirib.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Hərəkətin təhlükəsizliyinin təbliği və ictimaiyyətlə əlaqələr bölməsinin rəisi Vaqif Əsədov “Trend”-ə bildirib ki, bu il yanvarın 1-dən mayın 15-dək Bakıda yol polisi əməkdaşlarının həyata keçirdikləri tədbirlər zamanı 121 avtoxuliqan saxlanılıb və barələrində tədbir görülməsi üçün məhkəmələrə göndərilib.

Əsədov bildirib ki, İnzibati Xətalar Məcəlləsinin 296-1-ci maddəsinin tələbinə görə, avtoxuliqanlıq edən şəxs nəqliyyat vasitələrini idarəetmə hüququ bir ilədək müddətə məhdudlaşdırılmaqla, dörd yüz manatdan altı yüz manatadək miqdarda cərimə edilir. Yaxud həmin şəxsə nəqliyyat vasitələrini idarəetmə hüququ bir ilədək müddətə məhdudlaşdırılmaqla on günədək inzibati həbs tətbiq olunur.

Eyni hərəkətlərin il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə nəqliyyat vasitələrini idarəetmə hüququ bir ildən iki ilədək müddətə məhdudlaşdırılmaqla, altı yüz manatdan səkkiz yüz manatadək miqdarda cərimə edilir. Yaxud da nəqliyyat vasitələrini idarəetmə hüququ bir ildən iki ilədək müddətə məhdudlaşdırılmaqla, on beş günədək inzibati həbs tətbiq olunur.
İdarə sözçüsü avtoxuliqanlığa görə inzibati məsuliyyətə cəlb edilən şəxslərə məhkəmələr tərəfindən aşağı həddə inzibati həbs seçildiyini və bu cəzanın da effektli nəticə vermədiyini deyir.
O hesab edir ki, məhkəmələr “avtoş”lara yuxarı həddə inzibati həbs seçməlidirlər.

Əsədov bildirib ki, avtoxuliqanlar Bakının “5 mərtəbə dairəsi” adlanan ərazisində, yəni Cəfər Cabbarlı, Mirzəağa Əliyev, Azərbaycan və Füzuli küçələrinin kəsişmələrində, Zərifə Əliyeva adına parkın qarşısında, Rəşid Behbudov küçəsində, Neftçilər prospektində, Azadlıq meydanında, Hüseyn Cavid adına parkın ətrafında, Nobel və Babək prospektlərində, Qələbə meydanı və s. ərazilərdə texniki vasitələrlə (videokameralar) müəyyən edilib.
Sonradan keçirilən reydlər zamanı avtoxuliqanlar saxlanılıblar.
Avtoxuliqanların daha çox 20-30 yaş arasında olduğunu deyən Əsədov onlar arasında tələbələrin və qadınların olduğundan təəssüflənib.

Bölmə rəisi bildirib ki, avtoxuliqanlar yol hərəkəti qaydalarını kobud şəkildə pozmaqla bərabər, hərəkət iştirakçılarının həyatına təhlükə yaradır və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik nümayiş etdirirlər.

Onlara qarşı ciddi tədbirlər görüləcəyini və bu məqsədlə mütəmadi reydlər keçiriləcəyini deyən bölmə rəisi bildirib ki, avtoxuliqanların təhsil aldıqları və işlədikləri müəssisələrin rəhbərlərinə onların intizam məsuliyyətinə cəlb olunmaları üçün yol polisi tərəfindən vəsatətlər göndəriləcək.

Əsədov cəmiyyətin hər bir üzvünün avtoxuliqanlara qarşı mübarizədə polisə yardım etməsini, bu şəxslərə qarşı ictimai qınağın güclənməsini vacib sayır.

Video ardında…..

http://www.lent.az/xeber_66339_Bak%C4%B1da_%E2%80%9Cavto%C5%9F_ovu%E2%80%9Dndan_m%C3%BCdhi%C5%9F_g%C3%B6r%C3%BCnt%C3%BCl%C9%99r_-_V%C4%B0DEO

  1. No trackbacks yet.

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: