“Çevrilme” yeniden yazıldı, böcek pişik oldu – SENSASİYA

Kafkanın əsəri bu dəfə nikbindir

Amerikan nəşriyyatı “Quirk Books” daha bir “qarışıq” roman çıxarır. Yeni roman Frans Kafkanın “Çevrilmə”(The Metamorphosis) əsəri ilə Kolric Kuk psevdonimli yazıçının romanının “qarışığı”dır.

Kulis.az “Guardian”-a istinadən məlumat verir ki, “Miyaomorfoz” adlanan yeni əsər artıq gələn həftədən satışa çıxarılacaq. Yeni romanda “Çevrilmə”nin qəhrəmanı Qreqor Zamza yuxudan oyananda eybəcər həşərata deyil, sevimli pişiyə çevrilir.

Əsərdə digər bir dəyişiklik də ailəsinin Qreqora olan münasibətidir. Kafkanın əsərində ailəsi onu otağa atır, hətta atasının atdığı əşya onu bərk yaralayır. Bu dəfə isə Qreqoru ailəsi çox yaxşı qəbul edir, onu əzizləyirlər.

Ancaq Qreqor ailədə yeganə pul qazanan şəxsdir. Əsərdə çevrilmiş insanın qarşısında bir sıra suallar yaranmağa başlayır. Ailə bu gəlir mənbəyinin pişiyə çevrilməsinə necə dözəcək? Qreqor necə bütün diqqətini təkcə ip yumağına yönəldəcək? O ailəsindən qaça biləcəkmi?

“Quirk Books” nəşriyyat evi əvvəl də belə bir layihəyə imza atıb. Bu kitablar seriyasında keçən il çıxan Ceyn Ostinin “Qürur və xəbərdarlıq” əsəri ilə Set Qrem-Smitin əsərinin qarışığı olan “Qürur, xəbərdarlıq, zombi” kitabı var. Siyahıda “Android Karenina”, “Hiss, hissiyyat və dəniz canavarları” kitabları da yer alır. 

  1. No trackbacks yet.

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: