Qehremanlar unudulmur – Milli Qehremanlar İlham Eliyev, Qasım Rzayev, Perviz Semedov, Elşad Yehyayev

Qarabağ Azadlıq Təşkilatı və Milli Qəhrəmanları Tanıtma İctimai Birliyi Azərbaycanın ərazi bütövlüyü uğrunda vuruşmuş Milli Qəhrəmanların cəmiyyətə bir daha təqdim olunması üçün təşəbbüs edib.

Lent.az da bu təşəbbüsə qoşulur və Milli Qəhrəmanların doğum günlərində onlar haqqında məlumatları dərc edir.

Qəhrəmanlar unudulmur!

İlham Müzəffər oğlu Əliyev 1961-ci il mayın 5-də Gədəbəy şəhərində anadan olub. O, milis zabiti kimi 1990-cı ildən cəbhənin Qazax istiqamətində ermənilərə qarşı döyüşlərdə iştirak edib, qəhrəmanlıqla vuruşub. 1990-cı il avqustun 19-da onun rəhbərlik etdiyi 11 nəfərlik dəstə Aşağı Əskipara kəndinə soxulmuş erməni yaraqlıları ilə qeyri-bərabər döyüşə girib, düşmən ağır itki verərək geri çəkilib, lakin qəhrəman komandir də həlak olub. Gədəbəy şəhərində dəfn olunub, şəhərdəki 1 saylı orta məktəb onun adını daşıyır, məktəbin önündə büstü qoyulub.

Qasım Qara oğlu Rzayev 1970-ci il mayın 5-də Tovuz rayonu Əlibəyli kəndində anadan olub. O, 1990-ci ildə könüllü özünümüdafiə dəstəsinin tərkibində, sonra isə Milli Ordunun sıralarında düşmənə qarşı vuruşub, Əlibəyli, Muncuqlu, Koxa-Nəbi, Ağdam, Hacalı kəndlərinin müdafiəsində fədakarlıq göstərib. 1992-ci il fevralın 11-də “Qan çanağı” deyilən yerdə kiçik bir dəstə ilə düşmənin artıq qüvvəsinə qarşı döyüşə girib, düşmənin 1 PDM-i və ondan artıq qüvvəsini məhv edərək hücumun qarşısını alıb. 1992-ci il mayın 14-də növbəti döyüş zamanı onun idarə etdiyi və mərmiatan qurğu quraşdırılmış maşın düşmən topları tərəfindən vurulub, o, qəhrəmanlıqla həlak olub. Əlibəyli kənd qəbiristanlığında dəfn edilib, Hacalı kənd orta məktəbi onun adını daşıyır.

Pərviz Əbdüləhəd oğlu Səmədov 1970-ci il mayın 5-də Gəncə şəhərində anadan olub. O, 1992-ci ilin fevralında könüllü olaraq Ağdam bölgəsinə gəlib və kəşfiyyat bölüyünün komandiri kimi fəaliyyətə başlayıb. Şelli, Naxçivanik, Aranzəmin, Pircamal kəndləri uğrunda gedən döyüşlərdə sücaət göstərib. Onun dəstəsi düşmənin çoxlu sayda sursat anbarı, strateji obyektləri və canlı qüvvəsinin yerləşdiyi sığınacaqları məhv edib. 1992-ci il mayın 15-də Ağdamın Gülablı kəndi uğrunda güdən döyüşlərdə düşmənin canlı qüvvəsini məhv edib, həmçinin düşmən tərəfindən vurlmuş “Təcili yardım” vertolyotunun ekipajını xilas edib. Lakin özü də düşmən gülləsinə tuş gələrək həlak olub. Gəncə şəhərində dəfn edilib. Şəhərin küçələrindən biri onun adını daşıyır.

Elşad Məmmədhənifə oğlu Yəhyayev 1966-cı il mayın 5-də Şəki şəhərində anadan olub. O, milis leytenantı kimi Sırxavənd, Naxçıvanik, Papravənd kəndlərində rəşadətlə vuruşub. O, 1992-ci il iyunun 20-də Naxçıvanik kəndini düşməndən təmizləmək məqsədi ilə keçirilən əməliyyatda tağım komandiri kimi iştirak edib, əməliyyatda iştirak edən digər hərbi dəstənin mühasirədən çıxmasını təmin edib, özü isə qəhrəmanlıqla həlak olub. Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib. Şəkidəki 12 saylı orta məktəb onun adını daşıyır, Bakıdakı 56 saylı məktəbdə isə büstü qoyulub.

  1. sag olun

  2. yaxsidi isime yaradi twk

  3. coooooooooooooooooooooooox normal yenede twk

  4. twk

    • Aydan
    • 17 Okt 2013

    bele sehidleri bir daha xatirlatmaq cox gozeldir bizim xalqimiz ucun

  1. No trackbacks yet.

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: