05 May 2011 üçün arxivlər

Bin Ladenin ölümü ABŞ-ın bir sirrinin de üstünü açdı.

“əl-Qaidə” lideri ilə bağlı əməliyyatda yaradıldığı məxfi saxlanılan vertolyotdan istifadə edildiyi üzə çıxdı 

ABŞ “əl-Qaidə” terror təşkilatının lideri Üsamə bin Ladenin öldürülməsi ilə bağlı Pakistanda keçirilən əməliyyatda bu günə qədər yaradılmasını gizli saxladığı xüsusi vertolyotlardan istifadə edib.
Lent.az-ın “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, bu, həmin vertolyotlardan birinin Üsamə bin Ladenin olduğu evə gecə xüsusi təyinatlıları endirərkən divara sürtülməsi və çətinliklə yerə enməsi nəticəsində üzə çıxıb. Pentaqonun tapşırığına əsasən, xüsusi təyinatlılar “əl-Qaidə” liderini öldürdükdən sonra həmin vertolyotu partladıblar. Ancaq buna baxmayaraq, vertolyotun quyruq hissəsi qalıb və onun fotoşəkilləri internetdə yayımlanıb. Bu vertolyotun quyruq hissəsi hazırda dünyada məlum olan heç bir vertolyot tipinə bənzəmir. Hərbi mütəxəssislər bunun ABŞ-ın indiyə qədər məxfi saxladığı, bənzəri olmayan, radara yaxalanmayan bir vertolyot olduğunu bildirirlər. Leksinqton İnstitutunun professoru Dan Cour vertolyotun quyruğunun bu vaxta qədər bənzəri olmayan quruluşa sahib olduğunu söyləyib. O, vertolyotun hazırlanmasında çox səs çıxmasını təmin edən xüsusi materiallardan istifadə olunduğunu, vertolyotun pərinin üzərində radara yaxalanmayan bir diskin olduğunu qeyd edib.

ABŞ xüsusi təyinatlıların bir keçmiş döyüşçüsü “The Army Times” dərgisinə açıqlamasında deyib ki, bu vertolyotun “Eagle” vertolyotlarının modernləşdirilmiş variantı olduğunu ehtimal edir.

Mübariz Mensimov İstanbulda otel açdı – FOTO

Mərasimdə Türkiyənin mədəniyyət və turizm naziri və İstanbul valisi iştirak edib

Mayın 4-də axşam İstanbulun Levent məhəlləsində 20 noyabr 2003-cü ildə terror hücumuna məruz qalan və Azərbaycan əsilli iş adamı Mübariz Mənsimov tərəfindən 90 milyon dollara satın alınan HSBC bankın binasının yerində yaradılan “The İstanbul Edition” otelinin rəsmi açılışı keçirilib.

Lent.az-ın “Sabah” qəzetinə istinadən verdiyi məlumata görə, qırmızı lenti Türkiyənin mədəniyyət və turizm naziri Ertuğrul Günay, İstanbul valisi Hüseyin Avni Mutlu, Mübariz Mansimov və ortağı İsgəndər Xəlilov kəsiblər.

Açılış mərasiminə Hollivud ulduzu Diane Kruge və sevgilisi Joshua Jackson, ingilis modelyeri Riçard Nicoll, o cümlədən Mübariz Mənsimovun yaxın dostları qatılıb. Qonaqlara şampana qonaq ediliblər. Səhnədə müğənni Sezən Aksu yer alıb.

Qeyd edək ki, 2 il ərzində binanın 78 nömrəsi olan otelə çevrilməsi üçün 60 milyon dollar sərmayə qoyulub. Otelin bir nömrəsinin bir günlük qiyməti 400 dollardan başlayır. Oteldə kral dairəsinin 1 günlük qiyməti isə 7 min 500 dollardır. Otel “Marriott International”ın “Editon” markası altında fəaliyyət göstərəcək. Bu, “Editon” markası altında fəaliyyət göstərən dünyada ikinci, Avropada isə birinci otel olacaq. Otelə Palmali Şirkətlər Qrupu ilə birlikdə “İSR Group” da sərmayə qoyub. Oteldə dünyanın restoran və cecə klubları sırasında ən məşhur olan markalar da fəaliyyət göstərəcək. Bu sırada məşhur gecə klubu “Billionarire Club” da var. Bu kluba qrupla gələnlərin ən azı 270 dollarlıq bir içki butulkası açdırması gərəkdir.

Qehremanlar unudulmur – Milli Qehremanlar İlham Eliyev, Qasım Rzayev, Perviz Semedov, Elşad Yehyayev

Qarabağ Azadlıq Təşkilatı və Milli Qəhrəmanları Tanıtma İctimai Birliyi Azərbaycanın ərazi bütövlüyü uğrunda vuruşmuş Milli Qəhrəmanların cəmiyyətə bir daha təqdim olunması üçün təşəbbüs edib.

Lent.az da bu təşəbbüsə qoşulur və Milli Qəhrəmanların doğum günlərində onlar haqqında məlumatları dərc edir.

Qəhrəmanlar unudulmur!

İlham Müzəffər oğlu Əliyev 1961-ci il mayın 5-də Gədəbəy şəhərində anadan olub. O, milis zabiti kimi 1990-cı ildən cəbhənin Qazax istiqamətində ermənilərə qarşı döyüşlərdə iştirak edib, qəhrəmanlıqla vuruşub. 1990-cı il avqustun 19-da onun rəhbərlik etdiyi 11 nəfərlik dəstə Aşağı Əskipara kəndinə soxulmuş erməni yaraqlıları ilə qeyri-bərabər döyüşə girib, düşmən ağır itki verərək geri çəkilib, lakin qəhrəman komandir də həlak olub. Gədəbəy şəhərində dəfn olunub, şəhərdəki 1 saylı orta məktəb onun adını daşıyır, məktəbin önündə büstü qoyulub.

Qasım Qara oğlu Rzayev 1970-ci il mayın 5-də Tovuz rayonu Əlibəyli kəndində anadan olub. O, 1990-ci ildə könüllü özünümüdafiə dəstəsinin tərkibində, sonra isə Milli Ordunun sıralarında düşmənə qarşı vuruşub, Əlibəyli, Muncuqlu, Koxa-Nəbi, Ağdam, Hacalı kəndlərinin müdafiəsində fədakarlıq göstərib. 1992-ci il fevralın 11-də “Qan çanağı” deyilən yerdə kiçik bir dəstə ilə düşmənin artıq qüvvəsinə qarşı döyüşə girib, düşmənin 1 PDM-i və ondan artıq qüvvəsini məhv edərək hücumun qarşısını alıb. 1992-ci il mayın 14-də növbəti döyüş zamanı onun idarə etdiyi və mərmiatan qurğu quraşdırılmış maşın düşmən topları tərəfindən vurulub, o, qəhrəmanlıqla həlak olub. Əlibəyli kənd qəbiristanlığında dəfn edilib, Hacalı kənd orta məktəbi onun adını daşıyır.

Pərviz Əbdüləhəd oğlu Səmədov 1970-ci il mayın 5-də Gəncə şəhərində anadan olub. O, 1992-ci ilin fevralında könüllü olaraq Ağdam bölgəsinə gəlib və kəşfiyyat bölüyünün komandiri kimi fəaliyyətə başlayıb. Şelli, Naxçivanik, Aranzəmin, Pircamal kəndləri uğrunda gedən döyüşlərdə sücaət göstərib. Onun dəstəsi düşmənin çoxlu sayda sursat anbarı, strateji obyektləri və canlı qüvvəsinin yerləşdiyi sığınacaqları məhv edib. 1992-ci il mayın 15-də Ağdamın Gülablı kəndi uğrunda güdən döyüşlərdə düşmənin canlı qüvvəsini məhv edib, həmçinin düşmən tərəfindən vurlmuş “Təcili yardım” vertolyotunun ekipajını xilas edib. Lakin özü də düşmən gülləsinə tuş gələrək həlak olub. Gəncə şəhərində dəfn edilib. Şəhərin küçələrindən biri onun adını daşıyır.

Elşad Məmmədhənifə oğlu Yəhyayev 1966-cı il mayın 5-də Şəki şəhərində anadan olub. O, milis leytenantı kimi Sırxavənd, Naxçıvanik, Papravənd kəndlərində rəşadətlə vuruşub. O, 1992-ci il iyunun 20-də Naxçıvanik kəndini düşməndən təmizləmək məqsədi ilə keçirilən əməliyyatda tağım komandiri kimi iştirak edib, əməliyyatda iştirak edən digər hərbi dəstənin mühasirədən çıxmasını təmin edib, özü isə qəhrəmanlıqla həlak olub. Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib. Şəkidəki 12 saylı orta məktəb onun adını daşıyır, Bakıdakı 56 saylı məktəbdə isə büstü qoyulub.