“İnternete giren linzalar, ulduzlara seyahet, xerçenge qelebe…”


Bunları fizika professoru “The Times” ə deyib.

2100- cü ilə kimi yer planetində hansı dəyişikliklər gözlənilir?

– “The Times” qəzetinin yazdığına görə Nyu Yorkun City universitetinin nəzəri fizika üzrə professoru Miçio Kaku 2030-cu ilə kimi bir neçə vacib yeniliyin olacağını qeyd edib.

– Həmin müddətə kimi insan orqanizminin müxtəlif hissələrinin sərbəst satışda olacağı güman edilir. Artıq bu gün elmin uğurları sümük, qulaq, burun, dəri, qığırdaq, ürək qapaqları və s.insan orqanlarını yaratmaq imkanını əldə edib.

– 2030-cu ildə internetlə birbaşa təmas yaradan, ona daxil ola bilən kontakt linzalar meydana gələcək. Belə bir qurğunun prototipi üzərində hazırda Vaşinqton Universitetinin professoru Babək Pərviz işləyir. Kakunun sözlərinə görə, təsvir “gözlərin qabağında” yarımşəffaf, görməyə mane olmayan işıq diodlarının köməyi ilə formalaşacaq. Qurğu eyni zamanda xarici dillərdən avtomatik tərcüməni həyata keçirəcək.

– Belə bir ehtimal var ki, 2070-ci ilə kimi ölən canlıların həyata qaytarılması mümkün olacaq. Mütəxəssislər bir canlının ölümündən 25 il sonra onun qalıqlarından götürdükləri DNK nümunələrinə əsasən heyvanı klonlaşdıra biliblər. Hazırda neandertal genlərinin şifrəsi açılıb, elmi mühitdə bu növün yenidən bərpasının perspektivləri haqda söhbətlər aparılır. Advanced Cell Technology korporosiyasının əməkdaşı Robert Linza deyir: “Düşünürəm ki, bu o halda mümkün ola bilər ki, bizdə genetik manipulyasiya üçün vasitələr olsun. Nəzəri baximdan bu cür vasitələr gec-tez meydana gələcək. Amma əsas məsələ başqadır: bunu etmək lazımdırmı?”

– 2070-ci ildə insanın qocalmasını ləngidən texnologiyalar yaranacaq. Heyvan və həşəratlar üzərindəki eksperimentlər göstərir ki, ömrün uzanmasını kalorinin 30 faizə qədər məhdudlaşması ilə təmin etmək olar.

– 2100-ci ildə alimlərin “proqramlaşdırılmış materiya” arzusu gerçəkləşə bilər, bu vasitəylə “Terminator-2” filmində olduğu kimi predmetlərin ümumi görüntüsünü dəyişmək imkanı yaranacaq. Artıq bunun üçün xüsusi mikroçiplər yaradılıb.

– Alimlər ümid edir ki, XXII əsrin əvvəlində ulduzlara səyahət edən kosmik gəmi yaranacaq. İxtira edildiyi ilk vaxtlarda gəmilərin kiçik, amma sürətli olması ehtimal edilir.

– Həmin vaxt insanlıq xərçəngə də qalib gələ bilər. Bu diaqnostikada kəşflərin gözlənilməsi ilə bağlıdır. Əgər kəşf baş versə, xərçəng erkən mərhələdə aşkar olunacaq.

– Massaçuset Texnologiyalar institutunun eksperti Rodni Bruks 2100 –ci ildə robotlarla insanların birləşməsini güman edir: “50 ildən sonra biz genetik modifikasiyanın köməkliyi ilə insan bədəninə radikal dəyişikliklərin gətirilməsinin şahidi ola bilərik. Biz daha Darvinin təkamül nəzəriyyəsi ilə məhdudlaşmayacğıq. 2100- cü ilə kimi gündəlik həyatımıza ağıllı robotlar daxil olacaq. Özümüz də güman ki, qismən robot çevriləcəyik və onlarla sıx bağlı olacağıq”.

– Təxminən həmin vaxt kosmik liftin yaradlması ilə bağlı kosmik turizmə yol açılacaq. Güman edilir ki, bu səyahətdən orta statistik insanlar da istifadə edə biləcək. 

  1. No trackbacks yet.

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: