Elnur Memmedli ikiqat Avropa çempionu oldu!

2008-ci il Pekin Yay Olimpiya Oyunlarının qalibi Elnur Məmmədli Türkiyənin İstanbul şəhərində keçirilən cüdo üzrə Avropa çempionatında qızıl medal qazanıb. 

Lent.az-ın məlumatına görə, 81 kq çəki dərəcəsində çıxış edən təmsilçimiz ilk görüşündə Pavlos Qkaraklovu (Yunanıstan) 65 saniyəyə ipponla məğlub edib.

Ardından o, Srcan Mrvaljeviçi (Çernoqoriya) 81 saniyəyə üstələyib. Növbəti görüşündə Murat Xabaşirovu (Rusiya) xal hesabı ilə yenən Məmmədli ¼ finalda Tomislav Maryanoviçə (Xorvatiya) də 127 saniyəyə ipponla qalib gəlib. Yarımfinalda olimpiya çempionumuzun rəqibi Alen Şmitt (Fransa) olub. Rəqibinin yuka xalına vazari ilə cavab verərək, finala yüksəlib. Bununla da cüdoçumuz ən azı gümüş medalı təmin edib. Məmmədlinin finaldakı rəqibi Sergiu Toma (Moldova) olub. Cüdoçumuz görüşün 195-ci saniyəsində ipponla qalib gəlib.

Bununla da Elnur Məmmədli karyerasında ikinci dəfə Avropa çempionu olub. Daha öncə o, 2006-cı ildə də bu adı qazanıb.

Aprelin 22-də mübarizəyə qoşulan digər 4 cüdoçumuz isə çıxışlarını erkən dayandırıb. 81 kq çəkidəki daha bir təmsilçimiz Elxan Rəcəbli elə ilk görüşdə Aleksandr Stsyaşenkoya (Belarus) yenilib.

73 kq çəkidəki cüdoçularımızdan Renat Mirzəliyev ilk görüşdə Yuri Leuya (Moldova) qalibə gəlsə də, növbəti cəhdində Tomaş Adamekə (Polşa) uduzub. Ramil Qasımov isə ilk görüşdəcə Tengiz Papoşviliyə (Gürcüstan) yenilib.

63 kq çəkidə yer alan qadın cüdoçumuz Ramilə Yusubova ilk görüşdə Ester Qaspara (Macarıstan) qalib gəlsə də, növbəti qarşılaşmasında Anika van Emdenə (Hollandiya) məğlub olub.

Qeyd edək ki, ilk yarış günündə cüdoçularımızdan Tərlan Kərimov (66 kq) gümüş medal qazanıb. Aprelin 23-də son 4 təmsilçimiz – Elxan Məmmədov (90 kq), Elmar Qasımov, Sain Məmmədov (hər ikisi 100 kq) və Emil Tahirov (+100 kq) tatamiyə çıxacaqlar.

  1. No trackbacks yet.

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: