Nazim Hikmetin Atatürke yazdığı sensasyon mektub.

Nazim Hikmətin Atatürkə yolladığı məktublar tapıldı

Kommunist türk şairi Nazim Hikmətin və anası Cəlilə Xanımın Atatürkə yazdığı məktubları “Radikal” qəzeti çap edib. Əslində, bu məktublardan və içində yazılanlardan hər kəsin xəbəri var idi. Amma bu məktubların Atatürkə heç vaxt gəlib çatmadığı deyilirdi.

Atatürkə gəlib çatmadığı iddia olunan məktublar bu yaxınlarda Ankarada dövlət başçısının iqamətgahından – Çankaya köşkündən tapılıb.

Şair məktubunda “üsyana çağırış” ittihamını rədd edir və Atatürkdən ədalət istəyir.

Anası Cəlilə xanım da məktubunda oğlunun günahsız olduğunu yazır. Atatürkdən onu bağışlamasını xahiş edir.

Hər iki məktub Prezident arxivində birlikdə saxlanırmış. Kulis.az hər iki məktubu təqdim edir:

Bağışla məni

Şair məktubunda yazır:

“Cümhurbaşqanı Atatürkün yüksək mərtəbəsinə.

Türk Ordusunu “inqilaba çağırdığım üçün” 15 il həbs cəzasına məhkum olunmuşam.

Türk inqilabına və sənin adına and içirəm ki, günahsızam.

Əsgəri üsyana çağırmadım.

Dəli, mürtəci, inqilab, satılmış, vətən xaini deyiləm ki, bunu edim.

Əsgəri üsyana çağırmadım.

Ölkəmin və inqilabçı sənin qarşında alnım açıqdır

Sənin əsərinə və sənə əziz olan Türk dilinə inanmış bir şairəm.

Kürəyimə yüklənən ağır həbs illərini daşıya biləcək qədər səbirli ola bilərəm. Böyük işlərin arasında Səni bir türk şairinin fəlakəti ilə əlaqələndirmək istəməzdim.

Bağışla məni.

Səni bir anlığa özümlə məşğul edirəm.

Amma bunun səbəbi alnıma vurulan bu damğanın yalnız sənin əllərinlə silinə biləcəyinə inamımdır.

Yardım istəyəcəyim ən böyük inqilabçı sənsən.

Kemalizmdən və Səndən ədalət istəyirəm.

Türk inqilabına və sənin başına and içirəm ki, günahsızam”. 

1938-ci il 18 Avqust tarixində yazılmış məktubun sonunda Nazim Hikmətin imzası da yer alır.

“Sizin çox mərhəmətli olduğunuzu söyləyirlər” 

Cəlilə xanım Nazim Hikmətin Atatürkə çatmadığını düşünərək bu dəfə özü məktub yazıb

“Qazimiz…

Sizin qəbulunuza iki dəfə gəldik.

Xalamın və Fuad Paşanın çoxlu salamları var.

Sizin çox mərhəmətli olduğunuzu söyləyirlər.

Əfvinizi istəyirik.

Yaratdığınız Türk dilinin qiymətli bir xidmətkarı olan Nazimi bağışlayın!

Həbslərdə hər gün ah çəkərək üzülməsinə imkan verməyin.

Bu mövzuda ədalətinizi bizdən əsirgəməmənizi xahiş edirik.

Ənvər Paşa qızı Cəlilə”.

Nazim Hikmət o dönəmdə millət vəkillərinə, onun məktublarını yaya biləcək qəzetlərə çoxlu məktublar yazıb.

Bütün məktublarında günahsız olduğunu bildirib.

Usta şairin tutulması və Atatürkə bu məktubları yazmasına səbəb olan məhkəmə qərarı da məktublarla eyni dosyedə yer alır.

Məktub yetişdimi? 

Serroz xəstəliyi diaqnozu qoyulan Atatürk səhhətinin getdikcə pisləşməsinə görə 1938-ci il 26 Mayda Ankaradan İstanbula gəlib. Bu, onun Ankaradakı son günü olub.

1938-ci ilin iyunun 1-indən və iyulun 25-inə qədər İstanbulda qalıb, Dolmabaxça sarayına qayıdıb. Həmin ilin 10 Noyabrında isə vəfat edib.

18 Avqust 1938-ci ildə yazılan Nazim Hikmət və Cəlilə xanımın məktublarını səhhəti ağır olan Atatürkün oxuya bilməmək ehtimalı olduqca yüksəkdir. 

  1. No trackbacks yet.

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: