Ay-ulduzlu super layihe – FOTO.

Türkiyə Aralıq dənizində 2,4 milyard avroluq ada salır

Türkiyədə super layihəyə həyata keçiriləcək. Lent.az-ın “haberturk.com” saytına istinadən verdiyi məlumata görə, Antalyanın Finike rayonunda, Finike körfəzində ay-ulduz şəklindəki adada enerji tələbatı günəş və külək enerjisi hesabına təmin olunacaq kompleks salınacaq.

Ay-ulduz şəklindəki adanın sahildən uzaqlığı 1 kilometrdir. Adanın qabarıq sahilinin uzunluğu 5 min 795 metr, iç tərəfinin uzunluğu isə 4 min 170 metrdir. Burada 1480 ədəd 3 formada villa, 1600 iqamətgah, 4 otel, xəstəxana, sosial müəssisələr, məscid və kilsə tikilməsi nəzərdə tutulur. Bu işləri həyata keçirmək üçün 20 min insanın 40-45 ay işləməsi lazımdır. Layihə 2,4 milyard avroya başa gələcək. Ada ilə dəniz və hava əlaqəsi təmin olunacaq.

Layihənin müəllifi Mətin Həpgülər deyib ki, layihənin patenti 2008-ci ildə “WİPO İnternetionel” şirkəti adına Özər Ərtürk tərəfindən alınıb. Mədəniyyət və turizm naziri Ertoğrul Günay 2009-cu ildə layihə barədə Türkiyə Nazirlər Kabinetinə məlumat verib. Ada qırmızı kitaba düşən və nəsli tükənməkdə olan Caretta tısbağalarının məskənidir. O, tikinti zamanı tısbağaların təbii həyat şərtlərinin pozulmamasına xüsusi diqqət yetiriləcəyini söyləyib. Həpgülər bu layihənin Türkiyənin dünyada tanıdılmasında çox böyük rol oynayacağını vurğulayıb.

  1. No trackbacks yet.

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: