“Eurovision” temsilçimiz arzusuna çatdı.

“Eurovision-2011”in Azərbaycan təmsilçiləri Eldar və Nigar promo-tur çərçivəsində Ukraynada olublar, Kiyevdə əfsanəsi musiqiçisi Qoran Breqoviç və “Eurovision 2004-“ün qalibi, ukraynalı müğənni Ruslana ilə birlikdə səhnəyə çıxıblar. 

Lent.az-ın müğənnilərin rəsmi saytına istinadən məlumatına görə, Qoran Breqoviçin konsertində çıxış edən təmsilçilərimiz konsertdən zövq alıblar. Eldar Qasımov xəyallarının gerçəkləşdiyini deyib: “Heç ağlıma da gəlməzdi ki, nə vaxtsa Qoran Breqoviçlə bir səhnədə çıxış edəcəyəm”.

Qeyd edək ki, musiqiçi və bəstəkar Qoran Breqoviç Balkan pop musiqisinin inqilabçılarından sayılır. O, Serbiyanı “Eurovision-2010” mahnı müsabiqəsində təmsil edən mahnının bəstəkarıdır, Türkiyənin pop-kraliçası Sezen Aksu ilə uzun illər əməkdaşlıq edib. Eldar və Nigar Kiyevdəki konsertdə 4500-dən artıq tamaşaçı üçün “Running Scared” mahnısını ifa edib.
Cütlük eyni zamanda konsertdə xüsusi qonaq kimi çıxış edən Ruslana ilə görüşüb.

Ukraynalı müğənni Azərbaycan təmsilçilərinin potensialına və qələbəsinə inandığını vurğulayıb.

  1. No trackbacks yet.

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: