“Avtosfera” layihesinin açılış merasimi.

20 aprel 2011-ci il tarixində saat 11:30-da “İRƏLİ” Gənclik Mərkəzinin Şuşa zalında“Avtosfera” layihəsinin açılış mərasimi keçirilmişdir. Mərasimdə DYP İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Kamran  Əliyev, Nəsimi Rayon Polis İdarəsinin müstəntiqi Babək Rüstəmov, Avtomobilçi Cəmiyyətinin rəhbəri Rafiq Xəlilov, “Uğur Akademi” Təhsil Mərkəzinin, həmçinin Avtomobil.az saytının nümayəndələri və layihəyə seçilmiş şəxslər iştirak etmişlər. İlk öncə, “İRƏLİ” İctimai Birliyinin baş katibi Rauf Mərdiyev və “İRƏLİ” Hüquq Mərkəzinin rəhbəri Emil Cəfərli qonaqları salamlamış və layihə haqqında qonaqlara ümumi məlumat vermişlər. Daha sonra qonaqlar çıxış etmiş və layihə iştirakçılarına uğurlar arzulamışlar.
Sonda tədbir iştirakçılarına layihənin önəmini vurğulayan xüsusi video rolik nümayiş olunmuşdur.
Xatırladaq ki, “Avtosfera” layihəsi “İRƏLİ” İctimai Birliyinin Hüquq Mərkəzi tərəfindən həyata keçirilir. Layihənin məqsədi gəncləri yol hərəkət qaydaları haqqında məlumatlandırmaq, sürücülük vəsiqəsi almaq istəyən gənclərə stimul vermək, yol hərəkəti mədəniyyətinin səviyyəsini yüksəltməkdir. Layihənin partnyorları “Avtomobilçi” Cəmiyyəti, “1News” İnformasiya Agentliyi, “Avtomobil.az” sayt və jurnalı və “İRadio”dur. Treninqlər və sürücülük təlimləri formasında icra olunacaq layihədə iştirakçı sayı 80 nəfər olacaqdır. Hər bir iştirakçı həftədə 2 dəfə olmaqla treninqlərdə iştirak edəcəkdir və layihə 2 ay müddətində davam edəcəkdir. Təlimlərin sonunda iştirakçılar partnyorlar tərəfindən sertifikatlarla təltif ediləcəklər.
  1. No trackbacks yet.

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: