Erməni soyqırımı iddiasını tanıyanlar.

“Erməni soyqırımı” iddiaları 1950-ci illərdən – yəni “soyqırım” ifadəsi rəsmən beynəlxalq hüquqi status alandan cəmi iki il sonra gündəmə gəlib. Kilsənin irəli sürdüyü iddialar Amerika və Avropada erməni lobbisinin dəstəyilə böyük bir kampaniyaya çevrilib.

Ermənilər ilk “soyqırım” qərarının qəbuluna Uruqvayda nail olublar. 1965-cü il aprelin 20-də Uruqvay parlamenti 24 apreli “Erməni soyqırımını anma günü” kimi tanıyıb (Uruqvay parlamenti 2004 və 2005-ci illərdə daha iki bəyanatla qərarını yeniləyib).

Bundan 17 il sonra – 1982-ci il aprelin 29-da Kiprin yunan icması analoji qərar qəbul edib. “Erməni soyqırımı”nı tanımış bütün ölkələrin sıralaması isə belədi:

  1. Flag of Uruguay.svg Uruqvay – 20 aprel 1965, 2004, 2005
  2. Flag of Cyprus (bordered).svg Cənubi Kipr – 1982
  3. Flag of Argentina.svg Argentina – 1993, 2003, 2004, 2005, 2006, 2007
  4. Flag of Russia.svg Rusiya – 1995, 22 aprel 2005
  5. Flag of Greece.svg Yunanıstan – 25 aprel 1996
  6. Flag of Canada.svg Kanada – 1996, 2000 və ən son olaraq 21 aprel 2004
  7. Flag of Lebanon.svg Livan – 1997, 11 may 2000
  8. Flag of Belgium.png Belçika – 26 mart 1998
  9. Flag of the Vatican City.svg Vatikan – 2000
  10. Flag of Italy.svg İtaliya – 17 noyabr 2000
  11. Fransa bayrağı Fransa – 18 yanvar 2001
  12. Flag of Switzerland.svg İsveçrə – 16 dekabr 2003
  13. Flag of Slovakia.svg Slovakiya – 30 noyabr 2004
  14. Flag of the Netherlands.svg Hollandiya – 21 dekabr 2004
  15. Flag of Poland.svg Polşa – 19 aprel 2005
  16. Almaniya bayrağı Almaniya – 16 iyun 2005
  17. Flag of Venezuela.svg Venesuela – 14 iyul 2005
  18. Flag of Lithuania.png Litva – 15 dekabr 2005
  19. Flag of Chile.svg Çili – 2007

Beləliklə, 1950-ci illərdən kampaniya başladan, 1965-ci ildə ilk rəsmi qərarın qəbuluna nail olan ermənilər 45 il ərzində əsilsiz iddialarını 19 ölkədə qərar və ya bəyanat şəklində qəbul etdiriblər. Daha 2 dövlətin (İsveç və ABŞ-ın) Xarici Əlaqələr Komitəsi müvafiq qətnamə layihəsini təsdiqləyib.

“Erməni soyqırımı” iddialarının yayıldığı areal da maraqlıdı – Avropa və Amerika. Avropada qərar qəbul edən ölkələrin çoxu Türkiyənin qapısını döydüyü Avropa Birliyinin üzvüdü. Amerikada isə “soyqırım”ı tanıyan yalnız Kanada və üç Latın Amerikası ölkəsi deyil. Türkiyənin “strateji müttəfiqi” ABŞ-da “soyqırım”ı tanıyan ştatların sayı 30-a çatıb. ABŞ Konqresinin gündəliyində “soyqırım”la bağlı iki layihə durur. ABŞ prezidentləri isə hər il aprelin 24-də “soyqırım” sözünün yarım addımlığından keçirlər.

Amerika və Avropadan kənarda “soyqırım”ı tanıyan cəmi iki ölkə var: biri Rusiyadı, onun məsələsi aydındı. Müsəlman təəssübkeşlərinin nəzərinə: ikinci ölkə Livandı. Livan qondarma soyqırımı tanıyan yeganə müsəlman ölkəsidi.

“Erməni soyqırımı”nı tanıyan beynəlxalq təşkilat da var – Avropa Parlamenti. Yəni Avropa Birliyi ölkələrinin parlamenti. Bu qurum “erməni soyqırımı”nı hələ 1987-ci ildə tanıyıb. Həm də Fransanın səyləriylə. 1981-ci ildə fransalı parlamentar Jage “Erməni xalqının durumu” adlı layihə hazırlayaraq Avropa Parlamentinə təqdim edib. Sonra bu parlamentdəki sosialistlər qrupu adından fransalı parlamentari Duport və belçikalı deputat Qlinn qərar layihəsi hazırlayıblar. Layihədə ilk dəfə “erməni soyqırımı” iddiaları Avropa Parlamentinin gündəliyinə çıxarılıb. 1984-cü il seçkilərindən sonra Avropa Parlamentində sosialist qrupunu təmsil edən fransalı deputat Sabi həmin layihəni yeniləyib. Elə həmin il başqa bir fransalı parlamentar yəhudi lobbisinin təsiriylə “erməni soyqırımı” ilə bağlı məruzəçi olmaqdan imtina edib. Bu zaman fransızlar məruzəçiliyi belçikalı deputat Vandemelebroka həvalə ediblər. Qatı sağçı və irqçi kimi tanınan məruzəçi bir dəfə belə Türkiyədə olmadan, bir türk rəsmisi ilə görüşmədən hesabat hazırlayıb. Avropa Parlamentinin Siyasi Komitəsi buranın tarix qurumu olmadığını əsas gətirərək hesabatı qəbul etməyib. Fransızlar komitənin italiyalı başqanına yenidən səsvermə keçirməsi üçün təzyiq göstəriblər, amma o, rədd edib. Komitə sədrinin səlahiyyət müddəti bitdikdən sonra iş yenidən başlayıb və fransızlar istəklərinə nail olublar. 1987-ci il iyulun 18-də ermənilərin üzük qaşı kimi dövrəyə aldığı Avropa Parlamenti “erməni soyqırımı”nı faktiki tanıyan qərar qəbul edib. Bu, təxminən o ərəfəyə təsadüf edirdi ki, Türkiyə Avropa Birliyinə üzvlük niyyətini açıq ifadə eləməyə başlamışdı.

Avropa Parlamenti qərarını 2005-ci ildə təzələdi – Türkiyə Avropa Birliyinə üzvlüklə bağlı alayarımçıq müzakirə tarixi almazdan bir ay əvvəl. Həmin qərarda Türkiyənin 1915-ci ildə baş verənləri “soyqırım” kimi tanıması Avropa Birliyinə üzvlüyün əsas şərtlərindən biri olaraq göstərilir. Doğrudur, Türkiyə üçün direktiv Kopenhagen meyarlarıdır, Avropa Parlamentinin qərarları direktiv yox, tövsiyə xarakteri daşıyır. Amma nəzərə almaq lazımdır ki, ən sonda Türkiyənin tam üzvlüyünə səs verəcək qurum Avropa Parlamentidir. Həmin səsvermədə, əğər Türkiyə bu səsverməyə qədər gedə biləcəksə, Avropa Parlamentinin qərarları gündəmə gələcək və Ankaranın bu şərtləri yerinə yetirməsi tələb ediləcək. Biz ha desək də ki, bu ədalətsizlikdir.

Ümumiyyətlə ermənilərin və erməni lobbisinin hədəfi “4 T” adlanan tələblərinin yerinə yetirilməsidir:

  1. “Soyqırım”ın dünyada tanınması;
  2. Türkiyənin “soyqırım”ı tanıması;
  3. Türkiyənin “soyqırım”a uğramış adamların varislərinə təzminat ödəməsi;
  4. Türkiyənin Şərqində ermənilərə torpaq verilməsi;

Birinci hədəfə faktiki olaraq yaxınlaşıblar. Artıq demək olar ki, bütün Qərb mətbuatı və ictimaiyyəti “soyqırım” iddialarını qəbul edir. Qalır məsələnin hüquqi və siyasi tərəfi. Bunun üçün ABŞ Konqresinin qərarı həlledici əhəmiyyət daşıyır. Bu qətnamə başqa ölkələrin qərarlarına bənzəməyəcək. Həmin layihə keçsə, İngiltərə başda olmaqla Türkiyənin digər müttəfiqləri, beynəlxalq qurumlar da hərəkətə keçəcək, üstəlik, erməni lobbisinin Türkiyədən təzminat tələbləri ciddi bir əsasla gündəmə gələcək. Ermənilər bu qərarı qəbul etdirməyə çox yaxındırlar.

Ermənilər sadəcə tanınmayla kifayətlənməyiblər, adıçəkilən ölkələrin əksəriyyətində “soyqırım” abidələrinin qoyulmasına nail olublar, bədnam iddialarını təbliğ edən 45000 sayt yaradıblar, filmlər çəkdiriblər, bəzi ölkələrdə (Almaniyada) mövzunu dərsliklərə salıblar, kitablar yazdırıblar və indi də “demokratik” Avropa dövlətlərində “soyqırım yoxdu” deyənin cəzalandırılmasını qanuniləşdirirlər.

  1. No trackbacks yet.

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: