Ərəblərin göydələn yarışı: 1,6 kilometrlik bina.

Neftdən əldə etdikləri gəlirləri dünyanı təəccübləndirəcək layihələrə xərcləyən ərəb ölkələri indi də göydələn yarışmasına başlayıblar.

“Daily Mail” qəzetinin  verdiyi məlumata görə, Səudiyyə Ərəbistanının kral ailəsi dünyanın ən hündür binasını inşa etdirməyi planlaşdırır.

Dubaydakı “Burc əl-Dubay”dan və Küveytdə inşa olunmuş göydələndən 2 dəfə hündür – 1600 metr hündürlüyü olacaq yeni göydələnin layihəsi ictimaiyyətə təqdim olunub. Ciddə şəhəri yaxınlığında tikiləcək göydələn “Krallıq Qülləsi” adlandırılacaq. Göydələndə otellər, firmaların ofisləri, lüks mənzillər və böyük bir alış-veriş mərkəzi yer alacaq. Liftlə göydələnin birinci mərtəbəsindən sonuncu mərtəbəsinə qalxmaq 12 dəqiqə vaxt aparacaq.

Kral ailəsinə mənsub milyarder, özünə özəl “Airbus 380” təyyarəsi almasıyla dünya gündəminə gələn şahzadə Valid bin-Tallalın sifarişi ilə tikiləcək göydələnin layihəsinin maliyyəsi 12 milyard dollar polacaq. İnşaat işlərini “Burc əl-Dubay”ı inşa edən “Emmar” şirkəti aparacaq.

  1. No trackbacks yet.

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: