Qeddafi ailesi ne ile meşğuldur?

Afrika dövlət başçılarının ailələri hər zaman diqqət mərkəzində olub.

Qara qitənin liderlərinin övladları nədənsə əksər hallarda daha çox neqativ işlərlə gündəmə gəliblər. Məsələn, Svazilend prezidentinin oğlunun “Bugatti”lərinə bütün dünya həsəd aparsa da, ölkənin iqtisadi durumu Ermənistanın dağ kəndlərindəkindən daha bərbaddır.

Son dövrlərdə isə məlum hadisələrdən sonra ən çox gündəmə gələn Qəddafi ailəsi olub. Lent.az sizə Qəddafi ailəsinin biznes fəaliyyəti və nəzarət etdiyi sahələr haqqında müfəssəl məlumat təqdim edir.

Liviya lideri Muəmmər Qəddafi 1942-ci ildə anadan olub.

1970-ci ildə isə birinci xanımı Fatiha Əl Nuri Xaliddən ayrılıb. Bu izdivacdan həmin ildə Məhəmməd Muəmmər Qəddafi dünyaya gəlib. O, hal-hazırda Liviya Olimpiya Komitəsini, “Al Madar” və “General post and Telecom” şirkətlər qrupunu idarə edir.

Qəddafinin qalan bütün övladları isə ikinci arvadı, Afrikanın birinci xanımları təşkilatının vitse-prezidenti və “Buraq Air” şirkətinin sahibi Safia Farkaş Al-Barassidəndir.

İkinci evliliyindən ilk övladı Seyf Əl-İslam Qəddafi 1972-ci ildə dünyaya gəlib. Atasının sağ əli hesab olunan Seyf Beynəlxalq Qəddafi Fondunun prezidentidir (Afrika ölkələrində girovluqda olan Avropa vətəndaşlarının azad edilməsi üçün çalışır).

1973-cü də doğulan 3-cü övladı Saadi Qəddafi xüsusi təyinatlı qüvvələrin komandiri, eyni zamanda keçmiş professional futbolçudur (Udinese Calsio və Perouse Calsio italyan klublarında oynayıb). Liviya Futbol Federasiyasına rəhbərlik edir.

4-cü oğul Hannibal Qəddafi 1975-ci ildə doğulub. Hal hazırda Milli dəniz nəqliyyatı şirkətinin rəhbəridir və neft ixracına nəzarət edir.

1976-cı il təvəllüdlü 5-ci oğul Motasam Qəddafi özünün şəxsi silahlı qüvvələrinə rəhbərlik edir. Xarici muzdluların yığılması da ona həvalə edilib.

1978-ci ildə anadan olan oğlu Xamis Qəddafi isə 32-ci milis briqadasına (“Xamis briqadası”) rəhbərlik edir. Medianın yaydığı xəbərə görə, Xamis 2011-ci il 19 mart bombardmanı zamanı həlak olub. Lakin xəbər hələ rəsmi təsdiqini tapmayıb.

1978-ci ildə Qəddafinin yeganə qız övladı Aişə dünyaya gəlib. İxtisasca hüquqşünas olan Ayişə “Watasimu” xeyriyyə fondunun prezidentidir. BMT-nin keçmiş xoşməramlı səfiri (23 fevral 2011-ci ildə bu tituldan məhrum edilib) olmuş Ayişə eyni zamanda Liviyada qoyulan xarici investisiyalara nəzarət edir.

1982-ci ildə anadan olan ailənin sonbeşiyi Seyf Əl-Ərəb Qəddafi tam bir “playboy” həyatı yaşayır. 2011-ci il 25 fevralında İran televiziya kanallarından birinə verdiyi müsahibəsində müxalifətini tərəfinə keçdiyinə bildirib.

Qəddafinin 2 götürülmə övladı isə kiçik yaşlarında həyatını itirib. Oğlu Milad Abuztaya 1986-cı ildə amerikanlar Tripolini bombalayan zaman ögey qardaşı Muəmmər Qəddafinin həyatını xilas edib.

1984-cü ildə övladlığa götürdüyü qızı Hana Qəddafi də 1986-cı il bombardmanında həlak olub.

Yazıda “Ria Novosti”nin materiallarından istifadə edilib.

  1. No trackbacks yet.

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: