Dünyanın en böyük ekoloji kampaniyası artıq Azerbaycanda

Dünyanın ən böyük ekoloji kampaniyası artıq Azərbaycanda

Earth Hour aksiyası Earth Hour və WWF (World Wild Fond)tərəfindən həyata keçirilən ətraf – mühitin qorunması ilə bağlı ən böyük kampaniyalardan biridir. Kampaniya ilk dəfə 2007-ci ildə Sidneydə 2 milyon insanın təbiətin qorunması məqsədilə 1 saatlıq elektrik enerjisindən istifadənin dayandırması ilə başlamışdır. Bu ildən başlayaraq ənənəvi hal alan kampaniya hər ilin mart ayının son həftəsinin şənbə günü yerli vaxtla saat 20:30-da keçirilir. 2010-cu ildə kampaniyanın hüdudları genişlənərək 126 ölkədə 500 milyondan artıq insanın qatılması ilə rekord həddə çatmışdır.

2011-ci ildə Azərbaycan da ilk dəfə olaraq bu qlobal kampaniyaya qoşulmuşdur. “İRƏLİ” İctimai Birliyi ölkə daxilində kampaniya təşkilatçılığı hüququnu əldə etmişdir. Earth Hour kampaniyasının Azərbaycan üzrə koordinatoru  “İRƏLİ” İctimai Birliyinin baş katibi Rauf Mərdiyevdir.

EHA (Earth Hour Azerbaijan) kampaniyasının ən iri miqyaslısı Bakı şəhərində keçirilmişdir. “İRƏLİ” İctimai Birliyinin ofisində başlayan aksiyaya 250 nəfər gənc qatılmışdır. İlk öncə birliyin baş katibi Rauf Mərdiyev gəncləri salamlamış, daha sonra  Earth Hour kampaniyası barədə ətraflı məlumat vermişdir. Daha sonra kampaniyanın təqdimatı keçirilmiş, kampaniya haqqında film nümayiş olunmuşdur. Təqdimatdan sonra “Təbiət elmlərinə dəstək və ekoloji maarifləndirmə” İctimai Birliyindən təşrif buyuran Rövşən Əkbərov və Ramil Rüstəmov təbiətin qorunması və elektrik enerjisinə qənaət mövzusunda gənclərə təlim – seminarlar keçmişlər. Təqdimatlar və təlimlər bitdikdən sonra gənclər aksiyanın daha fəal hissəsinə “Şəhər oyunu”na başlamışlar. Gənclər müxtəlif komandalara bölünərək şəhərin müxtəlif istiqamətlərində hərəkət edərək yerli vaxtla saat 20:30 radələrində Bakının simvolu olan Qız Qalasının işıqlarının söndürmək üçün qalanın ətrafında toplaşmışlar. İlk öncə Yaponiyada baş vermiş təbii fəlakətdə həyatını itirmiş insanları 1 dəqiqəlik sükutla yad etmişlər. Daha sonra isə saat 20:30-da gənclər Qız Qalasının ətrafında toplaşaraq qalanın işıqlarını söndürmüşlər. 1 saat müddətində gənclər Qız Qalasının ətrafında “Dünya saatı” bayramını qeyd etmişlər. Sonda isə aksiya iştirakçısı olan gənclər xatirə fotoları çəkdirmişlər. Qeyd edək ki, kampaniyanın keçirilməsinə İçərişəhər Dövlət Qoruğu yaxından dəstək göstərmişdir.

Azərbaycanda kampaniya ilk dəfə keçirilməsinə baxmayaraq, aksiya yalnız Bakıda deyil, ölkəmizin digər regionlarında da baş tutmuşdur. Sabirabad şəhərində Sabirabad Rayon İcra Hakimiyyətinin və Gənclər Mərkəzinin də işıqları saat 20:30-da keçirilmişdir. Eyni zamanda Lahıcda da keçirilən aksiya zamanı Lahıc Qoruğunun işıqları söndürülmüşdür.

Azərbaycanda tədbirlər yekunlaşdırıldıqdan dərhal sonra keçirilmiş aksiyaların foto və video hesabatları http://www.youtube.com/watch?v=VVCpq0BuZ_w kampaniyanın Sidneydə yerləşən mərkəzi qərargahına təqdim olunmuş və kampaniyanin rəsmi saytında işıqlanmışdır: http://earthhourblog.posterous.com/lights-go-out-for-azerbaijans-maiden-earth-ho

“İRƏLİ” İctimai Birliyi tərəfindən bu tip tədbirlər davam edəcəkdir. Maraqlananlar Facebook səhifəsindən http://www.facebook.com/earthhourazerbaijan və rəsmi saytdan www.earthhourazerbaijan.com məlumat əldə edə bilərlər.

  1. No trackbacks yet.

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: