Ermənilərin azyaşlı azərbaycanlı uşağı öldürməsi ilə bağlı Berlində nümayiş keçirilib

 
 
 

Azərbaycan və alman dilində qəbul olunmuş bəyanatlar oxunub

Almaniyadakı Azərbaycan diasporu 2011-ci il martın 18-də Berlin şəhərinin mərkəzində yerləşən Brandenburger Tor qarşısında 9 yaşlı azərbaycanlı uşaq, Ağdam rayonu Orta Qarvənd kənd sakini Fariz Bədəlovun Ermənistan Silahlı Qüvvələrinin snayperi tərəfindən qətlə yetirilməsi ilə bağlı etiraz aksiyası keçiriblər.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, nümayiş Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi (AAKM) tərəfindən Azərbaycan Evi ilə əməkdaşlıqda təşkil olunub.

Nümayişdə Azərbaycan və Türk diasporu cəmiyyətləri, Azərbaycan Futbol Federasiyasının dəstəyi ilə Azərbaycan Evinin nəzdində fəaliyyət göstərən futbol məktəbinin şagirdləri, Yəhudi Diaspor nümayəndələri iştirak ediblər.
Nümayişçilər martın 8-də atəşkəsin pozulması zamanı ermənilərin işğal etdikləri Şıxlar kəndi istiqamətindən Ermənistan Silahlı Qüvvələrinin snayperinin açdığı atəş nəticəsində Orta Qərvənd kənd sakini 2002-ci il təvəllüdlü Bədəlov Fariz Arif oğlunu evlərinin qarşısındakı həyətdə oynayarkən baş nahiyəsindən vuraraq qətlə yetirilməsinə qarşı etirazlarını bildiriblər. Aksiya iştirakçıları bu hadisələrə onların münasibətini ifadə edən şüarlarla toplanaraq iki dildə – Azərbaycan və alman dilində qəbul olunmuş bəyanatları oxuyublar.

Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi, “Azərbaycan evi”, “Azərbaycan-Alman Həmrəylik Cəmiyyəti”, Azərbaycan cəmiyyətləri federasiyası, Saksen-Anhaltda fəaliyyət göstərən Alman-Azərbaycan mədəniyyəti cəmiyyəti, Drezdendə fəaliyyət göstərən “Alm.Az” cəmiyyətləri tərəfindən imzalanmış bəyanat oxunduqdan sonra qətlə yetirilmiş Fariz Bədəlovun şəkli ilə birlikdə Kanzleramta, Alman Bundestaqının İnsan Hüquqları və Humanitar Yardım, Avropa Birliyi üzrə məsələlər komissiyalarına, Parlamentdə təmsil edilmiş 5 aparıcı partiya fraksiyalarına göndərilib. Bəyanat AAKM tərəfindən humanitar cəmiyyətlərə, UNİSEF-in Almaniya nümayəndəliyinə, Almaniyanın dövlət və qeyri-dövlət fondlarına, alman ictimaiyyətinin nümayəndələrinə də elektron poçt vasitəsilə göndərilib.

  1. No trackbacks yet.

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: