Yaponiyada erzaq ve su qıtlıgı yaranıb.

Yaponiyada zəlzələ və sunamidən zərər çəkmiş bir sıra şəhərlərin sakinlərini
təlaş və ümidsizlik bürüyüb. İnsanlara su, ərzaq və dərman çatmır.
Xəstəxanaların girişində yaralılardan ibarət böyük növbələr yaranıb.

Bir neçə saat əvvəl Atom Elektrik Stansiyası (AES) partlamış Fukusine şəhərində insanlar
şəhər mərkəzlərində böyük növbələrlə içməli su gözləyir.
Bir çoxu isə hələ də itmiş qohumlarının tapılmasına böyük ümid bəsləyirlər.

Fukusinadan bir az aralıda yerləşən İvanuma şəhərində insanlar qismən su altında qalmış
binaların damında böyük hərflərlə “SOS” yazırlar və bununla da xilasedicilərin diqqətini cəlb etməyə çalışırlar.

Mito şəhərində isə insanlar ərzaq mağazaları və xəstəxanalara da böyük növbələrə düzülüb.
“Əksər mağazalar bağlanıb. Bu isə mənim su və ərzaq ala biləcək
açıq olan mağazalardan biridir”, deyə 68 yaşlı Kunio İvatsuki bildirib.

Mitonun qonşu şəhərlərinin hökuməti isə bütün sağ qalanları yerli orta
məktəblərindən birinin idman zalında yerləşdiriblər.

  1. No trackbacks yet.

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: