Marketinq nedir?

Marketinq  nədir?

Marketinq – ingilis dilində “market” sözündən götürülüb, bazar mənasını verir. Azərbaycan dilinə hərfi tərcüməsi “bazarda fəaliyyət”dir. Bəzi mütəxəssislərin fikrincə, marketinq müasir müəssisələrdə, firmalarda əmtəələrin təkrar istehsalı prosesində fəaliyyətin təşkili sistemidir. Bir zaman təsərrüfat fəaliyyəti üzrə olan qərarların əsasını bazarın tələbləri, alıcıların real ehtiyacları, onların əmtəələrə və xidmətlərə olan tələbatı, həmin müəssisələrin, firmaların istehsal-satış imkanları təşkil edir.   

Marketinq XX əsrin əvvəllərində Amerika Birləşmiş Ştatları-nda meydana gəlmiş, məhsulların satışında olan problemlərlə əlaqədar olaraq son beşilliklərdə bir çox inkişaf etmiş kapitalist ölkələrində geniş yayılmışdır. Bu üsulun tətbiqinin son məqsədi firmaların maksimum gəlirlərini təmin etməkdir. Marketinqin tətbiqi tələbatın və qiymətin intensiv öyrənilməsi və satışının təşkili, reklamdan geniş istifadə edilməsini, istehsalın həvəsləndirilməsini, malların saxlanılması və daşınması proseslərinə müasir və mütərəqqi üsulların geniş tətbiqini, istehlakçılara texniki və digər xidmət növlərinin göstərilməsini və s. həyata keçirməyi nəzərdə tutur. Ümumilikdə, bir çox xarici ölkə iqtisadçılarının fikrincə marketinq sözünün açıqlanması üçün muasir dövrdə 2000-dən çox tərif verilmişdir. Bu təriflərin hər biri bu və ya digər formada marketinqin mahiyətinin açıqlanmasına yönəlmişdir.

Hal hazırda I-ci qrup mütəxəssislər hesab edirlər ki, marketinq dedikdə: “müəssisənin fəaliyyətində bazarla əlaqəli bütün qərarların birbaşa olaraq istehlakçıların tələb və istəklərinə uyğun təşkil edilməsi başa düşülməlidir” (marketinq – idarəetmə kimi). II-cı qrup marketoloqlar hesab edirlər ki: “marketinq bazarda xüsusi tədbirlər vasitəsi ilə müəssisənin istehsal etdiyi məhsul və xidmətlərin rəqabət qabiliyyətini artırmaq üçün aparılan tədbirlər toplusudur” (marketinq – vasitə kimi). III-cü qrup belə hesab edir ki, “marketinq müəssisənin təsərüfat fəaliyyətində düzgün qərarların verilməsi üçün sistematik araşdırma prosesinin aparılmasıdır” (marketinq – metod kimi). Sadalanan təriflərlə qismən razılaşsaq da hesab edirik ki, marketinq məfhumunun bütün elementləri bu təriflərdə öz əksini tapmırlar.

Fikrimcə, marketinq – cəmiyyətin təlabatlarını ödəmək vasitəsi ilə mənfəət qazanmaq üçün istehsal və satış (mübadilə) prosesinin kompleks təşkilidir. Bu tərif marketinq fəaliyyətinin əsas istiqaməti olan firmanın istehsal və satış prosesinin bazarda baş verən proseslərə uyğun təşkil edilməsinin vacibliyini özündə əks etdirir. Başqa sözlə desək, marketinq müəssisənin daxili mühitinin bazar təlabatlarına uyğunlaşdırılması prosesidir. Marketinq sosial, psixoloji və davranış istiqaməti olan bir fenomendir. Tam olaraq bir elm olmasa da sırf bu tərəfi ilə elmi sistemə uyğundur.

                                                                                              460-cı qrup tələbəsi

                                                                           Hüseynzadə Elvin

    • qabil
    • 05 Noy 2012

    axir ki, azerbayan dilinde dogru duzgun,aciq aydin iqtisadi biliklerini yazan biri oldu!

    • sun
    • 26 Sen 2013

    wikipedia-dan goturulmus melumatdir.
    yene de tesekkur

      • Aydin
      • 16 May 2016

      Nehayet Azerb. dilinde bir sira iqtisadi biliklere yiyelenmek az da olsa mumkun oldu. Teşekkurler …

  1. No trackbacks yet.

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: