“Bu gün Laçının işğaldan azad olunduğu gündür” sözlərini demək ümidi ilə… – müsahibə

Mən, Darabzadə Zaur Mehrab oğlu 31 may 1985-ci ildə Bakı şəhərində ziyalı ailəsində dünyaya göz açmışam.

Sovetlər məkanında, uşaq olarkən, o dövr gənc nəslin bir nümayəndəsi kimi özümü gələcəkdə qəhrəman seçdiyim Yuri Qaqarinə bənzətməyə çalışırdım.

Bu cəmiyyətdə bərqərar olan ideologiya xoşbəxt gələcək vəd etməsinə baxmayaraq, 1990-cı ilin 20 yanvarında baş verən hadisələr bir çoxları kimi mənim də bu ideologiyaya qarşı fikirlərimi əsaslı surətdə dəyişdirdi.

Heç zaman unuda bilmədiyim məqamlardan biri 5 yaşımda ikən 20 Yanvar hadisələrindən bir neçə gün sonra yolda təsadüfən tapdığım güllə idi. Bir anda o tapıntı və bütün o dəhşətli hadisələr mənim gələcəklə bağlı arzu və ümidlərimi də başqa səmtə yönəltdi. Gülləni xatirə olaraq saxlamaq arzusu olmasına baxmayaraq, məktəbdə bir gün hərb müəllimi tərəfindən alındıqdan sonra bu məni çox kədərləndirdi. Oxumağa davam et

İbad Hüseynov

Vətənə qayıdışı 

Dağlıq Qarabağda ilk hərbi toqquşmaların başlandığı zaman, İbad Amurda yerləşən hərbi hissədə Sovet ordusunda qulluq edirdi. Burada o, Sovet ordusunun Bakıya qoşun yeritdiyini və çoxlu sayda həmyerlisinin öldürüldüyünü öyrənir. Hüseynov Azərbaycandan olan digər hərbçilər ilə birlikdə, onların vətənə buraxılması məqsədilə müddətsiz aclıq aksiyasına başlayır. Komandanlığın ağır təzyiqinə baxmayaraq onlar aclıq aksiyasını dayandırmır. Nəticədə rəhbərlik geri çəkilir və indiyə qədər heç yerdə görünməmiş addım atır — hərbçiləri xidmət müddətinin bitməsinə qədər ehtiyata buraxırlar. Bununlada İbad Azərbaycana qayıtmağı bacarır.

Qarabağ müharibəsi

İbad Hüseynov 1990-cı ildə Azərbaycana qayıtdıqdan sonra öz doğma Xocavənd rayonuna gedir və orada yerli hərbi özünümüdafiə birləşmələri yaratmağa başlayır. Məhz bu dövrdə Dağlıq Qarabağ münaqişəsinin aktiv fazası başlayır və qızğın hərbi döyüşlərin getdiyi ərazilərə erməni silahlı qrupları soxulmağa başlayır. Bu qruplar yerli Azərbaycan əhalisinə qarşı xüsusi qəddarlıqla seçilirdi.
Ermənilərdə regionda yerləşən sovet ordusundan və ya xaricdən alınmış yetərincə hərbi sursat, təchizat və texniki vardı. Hüseynov və onun döyüş yoldaşlarında isə nə silah almaq, nə də onu haradansa əldə etmək imkanı yox idi. Bu üzdən o, “kəşfiyyat-diversiya dəstəsi” yaradır və erməni tərəfə keçərək onları məhv edərək, çoxlu sayda hərbi silah və təchizatlarını ələ keçirməyə başlayır. İbad Hüseynovun dəstəsi həmçinin sovet ordusunun hissələrinə də qarşı diversiya əməliyyatları keçirir və bu hərəkəti yerli sovet qoşunların ermənilərə dəstək verərək, onlara silah satmaları ilə izah edirdi.

Monte Melkonyan

Erməni tərəfin danışıqlarını radio yaxalama vasitəsilə izləyəndə məlum oldu ki, Ağdam-Xocavənd istiqamətində erməni hərbi bölmələrinə rəhbərlik etmək üçün əraziyə Avo ləqəbli məşhur erməni komandiri gəlir. Oxumağa davam et

Bu gənclərin məqsədi nədir?

Tezliklə…( ardı olacaq)  P.S çox yox , 4 gündən sonra biləcəksiniz:)

Iran websites hacked by Pirates Crew

http://abadan-its.ir/

http://abrishamcity.com/

http://store.mylinkdon.com/

http://spor.maraton.ir/

http://tehrantomer.ir/

http://yaghootgas.ir/

http://sirvanasanro.ir/

http://www.gaem-co.ir/

http://printpasargad.ir/

http://urumkala.ir/ Oxumağa davam et

“İRƏLİ” İctimai Birliyi 3 yaşını qeyd etdi

24 dekabr 2011-ci il tarixində HEZZ klubda “İRƏLİ” İctimai Birliyinin təsis olunmasının 3-cü il dönümünə həsr olunmuş tədbir həyata keçirilmişdir. Ümumilikdə 700 nəfərin qatıldığı tədbirdə diplomatik korpusun nümayəndələri, dövlət rəsmiləri, özəl sektorun, həmçinin QHT sektorunun təmsilçiləri və fəal “İRƏLİ”çilər iştirak etmişlər.

Tədbiri giriş sözü ilə açan “İRƏLİ” İctimai Birliyinin sədri, millət vəkili Ceyhun Osmanlı qonaqları salamlamış, çıxışına Cənab Prezidentimiz İlham Əliyevin doğum günü təbriki ilə başlamış, Azərbaycan gəncliyinin inkişafında verdiyi töhfələrdən danışmışdır. Daha sonra “İRƏLİ”nin yaranma ideyası və ümumilikdə fəaliyyət dövrü ərzində qazandığı uğurlardan bəhs etmişdir. Ceyhun Osmanlı çıxışında “İRƏLİ”nin ən böyük uğurunun onun Azərbaycan gəncliyinin etimadını qazanmasında gördüyünü bildirmişdir. Gələcəkdə də təşkilatın əsas vəzifəsinin məhz qazanılmış etimadın, etibarın saxlanılması və daha da möhkəmləndirilməsinə yönəldiləcəyini söyləmişdir.

Sonra Azərbaycan Respubikası Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov çıxışında “İRƏLİ” İctimai Birliyinin ölkəmizdə insan kapitalının, gənclər sektorunun inkişafında olan rolunu xüsusi olaraq qeyd etmişdir. Oxumağa davam et

İlham Əliyev

İlham Əliyev 1961-ci il dekabrın 24-də Bakı[1] şəhərində anadan olmuşdur. 1967-1977-ci illərdə Bakı şəhərindəki 6 saylı orta məktəbdə təhsil almışdır. 1977-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutuna (MDBMİ) daxil olmuşdur.

MDBƏİ-ni bitirdikdən sonra institutun aspiranturasına qəbul edilmiş, 1985-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsi almışdır.

1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda müəllim işləmişdir.

1991-1994-cü illərdə özəl biznez sahəsində çalışmışdır. Bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbərlik etmişdir.

1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti, birinci vitse-prezidenti olmuşdur. Heydər Əliyevin neft strategiyasının həyata keçirilməsində fəal iştirak etmişdir.

Suveren Azərbaycanın neft siyasətinin geosiyasi aspektlərinə dair bir sıra tədqiqat işlərinin müəllifidir. Siyasi elmlər doktorudur.

1995-ci və 2000-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilmişdir. 2003-cü ildə Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsi ilə əlaqədar olaraq deputat səlahiyyətlərinə xitam vermişdir.

1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidentidir. İdmanın və Olimpiya hərəkatının inkişafında böyük xidmətlərinə görə Beynəlxalq Olimpiya Komitəsinin ali ordeni ilə təltif edilmişdir. Oxumağa davam et

Heydər Əliyev

Heydər Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olmuşdur. O, 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq fakültəsində təhsil almışdır. Başlanan müharibə ona təhsilini başa çatdırmağa imkan verməmişdir.

1941-ci ildən Heydər Əliyev Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində şöbə müdiri vəzifəsində işləmiş və 1944-cü ildə dövlət təhlükəsizliyi orqanlarına işə göndərilmişdir. Bu dövrdən təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, birinci müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləmiş, general-mayor rütbəsinə qədər yüksəlmişdir. Həmin illərdə o, Leninqradda (indiki Sankt-Peterburq) xüsusi ali təhsil almış, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir.

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək sovet dövrü ierarxiyasına uyğun olaraq respublikanın rəhbəri olmuşdur. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilmiş və SSRİ-nin rəhbərlərindən biri olmuşdur.

Heydər Əliyev iyirmi il ərzində SSRİ Ali Sovetinin deputatı, beş il isə SSRİ Ali Soveti sədrinin müavini olmuşdur.

Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa vermişdir. Oxumağa davam et

İzlə

Hər yeni yazı üçün e-poçt qutunuza göndəriş alın.