İlqare İbrahimova qalmaqalının görünmeyen terefleri.

Aygün Kazımovanın qızı ilə bağlı qalmaqallı video hər gün tirajlanır “Youtube”də video artır Xalq artisti Aygün Kazımovanın qızı İlqarə İbrahimovanın bir neçə dostu ilə əylənməsinin video rolikinin “Youtube”də və internet saytlarında yayılması ilə bağlı qalmaqal bitmək bilmir. Daha doğrusu, videonu “Youtube”dən yığışdırmaq və söz söhbəti unutdurmaq əvəzinə tərəflərin bir-birinə olan ittihamları hər gün daha da tirajlanır. “Youtube”də video hər gün müxtəlif adlar altında çoxaldılır. Və razılaşın ki, məsələ artıq iyrənc şəkil almaqdadır. Bu məsələdə hər iki tərəfin təbii olaraq öz mənafeyindən danışdığı, tarix və saat, hadisənin əsl mahiyyəti barədə ictimaiyyətə yanlış məlumat verdiyi gün kimi aydındır. Həqiqət hardadı? Əvvəla, ondan başlayaq ki, video görüntülərin Aygün Kazımova iddia etdiyi kimi İlqarənin yetkinlik yaşına çatmamışdan çəkilməsi ilə bağlı dedikləri o qədər də həqiqətə uyğun görünmür. Bu məsələdə Kazımovanın ittiham etdiyi Orxan Nəsirovun atası Daşqın Nəsirovun söylədiyi fakt daha tutarlı görünür. Daşqın Nəsirov deyir ki, bu hadisə 2009-cu ilin yanvar ayında olub: “ Bu faktı məktəbdən də təsdiqləyə bilərlər. 1990-cı il təvəllüdlü uşağın 2009-cu ildə 19 yaşı tamam olur. Onlar bir sinifdə oxuyublar, bu günə qədər də yaxşı münasibətdə olublar. Ay yarım bundan öncə də bir yerdə görüşüblər. Həmişə bir yerdə olublar” İkincisi, videogörüntüdə qalmaqala səbəb olan gənclərin dinlədikləri “Volna” adlı mahnı 2008-ci ilin sonlarında Dj Smashın “Volna” adlı albomunda yer alıb. Buradan belə bir qənaətə gəlmək olar ki, həmin video göstərilən tarixdən əvvəl çəkilə bilməz. Aygün Kazımovanın hadisənin dörd il bundan öncə baş verdiyini iddia etməsi absurddu. Üçüncü, A. Kazımovanın dediyi kimi hadisənin sabah yeməyinə dəvət əsnasında baş vermədiyi pəncərədən görünən qaranlıq havadan və çəkiliş zamanı üst paltarları kənarda olan oğlanların yataqda olması ilə sübut olunur. Bu gün qızı ilə birlikdə ANS-də efirə çıxmış A. Kazımova aparıcının bununla bağlı sualına da cavab verə bilmədi. Qarşı tərəfin də özünə bəraət üçün hadisənin mahiyyətini bir az dəyişdirməsi aydındır. Bu video çəkilişin kim tərəfindən yayılmasını heç kim boynuna almır. Amma bu bir həqiqətdir ki, görüntünü otaqda olan 5 adamdan biri çəkib və yayıb. Bunu yayanın İlqarə olmadığı aydındır. İlqarə ilə birlikdə üzü yayımlanan gəncin də bunu eləməsi o qədər inandırıcı görünmür. Bu görüntü başqa birinə ötürülübsə belə, yerdə qalan 3 nəfərdən birinin etdiyi şübhəsizdir. Amma Daşqın Nəsirov açıqlanmasında bunun Aygün Kazımovanın xeyrinə olduğunu deyir ki, bu da inanılmazdır. Heç bir ana öz qızının biabır edilməsi hesabına pul qazanmağı ağlından belə keçirməz hər halda. Bu ağır və qəbuledilməz ittihamdır. Aygün Kazımovanın təqdirəlayiq cəsarəti Bu məsələnin cəmiyyət üçün örnək olası tamamilə başqa tərəfləri də var. Bu isə ondan ibarətdir ki, Röya, İlqarə İbrahimova və s şəxslərin həyatında baş verən bu video qalmaqallar ümumilikdə təhlükəli tendensiyanın əsasını qoyur. İnsanların şəxsi həyatına müdaxilə edilməsi, onların razılığı olmadan şəxsi həyatlarını açıqlamaq əlbəttə ki yolverilməzdir. İlqarə İbrahimovanın həyatı, onun şəxsi münasibətləri, ona “dostları” tərəfindən göstərilən münasibətin hansı əxlaq və etika çərçivəsində olması yalnız onu və ailə üzvlərini maraqlandıra bilər. Bunun cəmiyyətin müzakirəsinə çıxarılması etikadan kənar hərəkətdir. Bu məqamda diqqət çəkən digər önəmli məqam isə A. Kazımovanın qızının yanında olması və bunu göstərməsidir. Heç şübhəsiz ki, bu, təqdir olunmağa layiq cəsarətli davranışdır. Şərq cəmiyyətlərində adətən bu cür hərəkətlə qarşılaşan insanlar ailələri, dostları tərəfindən tərk edilirlər. Onlar az qala cəmiyyətdən təcrid olunur, intihara təşəbbüs edir, karyeralarından imtina edirlər. A. Kazımovanın bu məqamda qızının bütün yanlışlıqlarına rəğmən onun yanında olması təbii ki, əslində gələcəkdə bu cür hadisələrlə qarşılaşanların yaxınlarına, ailə üzvlərinə örnək ola biləcək qədər cəsarətli hadisədi. Əgər bu hadisədən sonra Aygün xanım sussaydı, nəinki qızının, hətta onun üstünə yeriyəcək, bu gün İlqarəni müdafiə edən adamların ən yaxşı ehtimalla səsləri belə çıxmayacaqdı. Belə dost olmur! Amma Aygün xanım da etiraf edər ki, cəmiyyətin bu gün qızğın müzakirə etdiyi bu videogörüntülərdəki davranışlar “dost” davranışları deyil. Heç bir xanıma hörmət edən dostları onunla bu cür qeyri-etik davranış nümayiş etdirib, onun yanında qulağın eşitməsi məqbul olmayan ifadələri işlətmirlər. Bu görüntülər təqdim olunduğu kimi “nümunəvi və yaxın dost görüntüləri” deyil. Yenə də qeyd edirik ki, bu, tamamilə İlqarənin şəxsi işi olduğu üçün heç kimsənin müzakirəsinə açıq olmamalıdır. Amma artıq meydana çıxarılmış və ictimaiyyətin müzakirəsinə verilmiş (bunda hər iki tərəfin də rolu az olmadı) video görüntülərdəki davranışın “dost davranışı” kimi təqdim edilməsi də cəmiyyəti qıcıqlandırır. Çünki bu cəmiyyətdə yaşayan hər kəsin-radikalından, mühafizəkarından, liberalından, kosmopolitindən asılı olmayaraq-hamının dost çevrəsi var, buna görə də hamı dostluğun sərhəd və çərçivələrini bilir… “Evimizin qapısı üzlərinə açıqdı” “ Oldu da… Onlar mənim dostlarımdı, Nicat da, Orxan da. Onlar da məni çox istəyirlər, mən də onları çox istəyirəm. Münasibətlərimiz normaldır, aramızda düşmənçilik yoxdur. Orxanın da, Nicatın da üzünə bizim evin qapıları açıqdır”. Bunu isə bu gün ANS-in efirində İlqarə İbrahimova dedi. “Mən əvvəldən də dedim ki, bu məsələni şişirtməyə ehtiyac yoxdu. Çıxıb efirdə İlqarədən üzr istəsinlər, gəlsinlər bizim evə, çay süfrəsi arxasında bu məsələni həll edək. Mən də onlara bacardığım qədər yaxşı bir tort bişirim. Bəlkə də gənclər üzr istəyərdilər, əgər kənardan məsləhət verənlər olmasaydı”. Bunu isə eyni verilişdə İlqarənin anası Aygün Kazımova dedi. Sizcə, bu üzr nəyi həll edəcək? Və bu üzr necə istənilməlidi? Gənclər elədiklərinin səhv olduğunu deməlidilər, ya yaydıqlarının? Görünən odu ki, bütün tərəflərdən elədikləri yox, elədiklərini yaymaları etiraza səbəb olub… “150 min manat nədi ki?” Və qaldı Aygün Kazımovanın qızının şərəf və ləyaqəti ilə bağlı qaldırdığı iddiadakı pul təzminatı məsələsi. Orxan Nəsirovun atası Daşqın Nəsirov deyib ki, A. Kazımova ondan 150 min manat istəyib. Aygün Kazımova isə bu gün efirdən başqa rəqəm səsləndirdi: “ Söhbət 1 milyon 500 min manatdan gedir, 150 min nədir ki, Daşqın müəllim! Amma üzr istənilsə, bunlar bitər”. Belə!

About these ads
    • miracle
    • 08 Apr 2011

    men fikirlesirem ki,Aygun Kazimova ve qizin bu isde maragi yalniz pul ve reklamdan ibaretdir,

  1. No trackbacks yet.

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Connecting to %s

İzlə

Hər yeni yazı üçün e-poçt qutunuza göndəriş alın.

%d bloqqer bunu bəyənir: