Yağlı saçlara nece qulluq etmeli…

 
 
 

Xalq arasında çirkli saçın əslində daha faydalı olduğu deyilir.

Guya saçdakı yağ nisbəti onun xarici görünüşünə parlaqlıq qatır. Ancaq parlaq saç ilə yağlı saç arasında çox incə bir xəttin olduğu da həqiqətdir. Bəs yağlı saç nədir və necə meydana gəlir?  Eslində “yağlı saç” deyə bir anlayış yoxdur. Yağlı olan dərinin özüdür.

Belə ki, saçları düz şəxslərdə dəridən ifraz olunan yağ gün ərzində sürətlə yayıldığı halda buruq saçlılarda bu müddət daha yavaş irəliləyir. Buna görə də istifadə ediləcək şampun çox diqqətli seçilməlidir. Həddindən artıq yağlı saçları yuyarkən şampunu iki dəfə tətbiq etmək lazım ola bilər.

Bundan başqa, yağlı saçlara sahib olan qadınların saçlarını necə düzəltdikləri də çox əhəmiyyətlidir. Çünki saçı tez-tez fırçalamaq və daramaq yağlanmağı sürətləndirir. Eyni zamanda saçların mümkün olduğu qədər az yığılmasında da fayda var. Saç mütəxəssislərinin fikrinə görə, yağlı saçlara sahib olan qadınlar qısa saç kəsiminə üstünlük verməlidirlər.

Digər bir fikrə görə, yağ alına təmas edərək sızanaqların yaranmasına da səbəb ola bilər. Yağlanma xarici görünüşə təsir edən bir problem kimi görünsə də, əslində başqa problemlərin də başlanğıcı sayılır. Saçın həddən artıq yağlanmasının qarşısı alınmazsa, bu, tüklərin tökülməsinə, hətta kəpək və seboreik eqzamanın yaranmasına səbəb ola bilər.

About these ads
  1. No trackbacks yet.

Cavab qoy

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Connecting to %s

Follow

Get every new post delivered to your Inbox.

%d bloggers like this: