“Bu gün Laçının işğaldan azad olunduğu gündür” sözlərini demək ümidi ilə… – müsahibə

Mən, Darabzadə Zaur Mehrab oğlu 31 may 1985-ci ildə Bakı şəhərində ziyalı ailəsində dünyaya göz açmışam.

Sovetlər məkanında, uşaq olarkən, o dövr gənc nəslin bir nümayəndəsi kimi özümü gələcəkdə qəhrəman seçdiyim Yuri Qaqarinə bənzətməyə çalışırdım.

Bu cəmiyyətdə bərqərar olan ideologiya xoşbəxt gələcək vəd etməsinə baxmayaraq, 1990-cı ilin 20 yanvarında baş verən hadisələr bir çoxları kimi mənim də bu ideologiyaya qarşı fikirlərimi əsaslı surətdə dəyişdirdi.

Heç zaman unuda bilmədiyim məqamlardan biri 5 yaşımda ikən 20 Yanvar hadisələrindən bir neçə gün sonra yolda təsadüfən tapdığım güllə idi. Bir anda o tapıntı və bütün o dəhşətli hadisələr mənim gələcəklə bağlı arzu və ümidlərimi də başqa səmtə yönəltdi. Gülləni xatirə olaraq saxlamaq arzusu olmasına baxmayaraq, məktəbdə bir gün hərb müəllimi tərəfindən alındıqdan sonra bu məni çox kədərləndirdi. Read more

İbad Hüseynov

Vətənə qayıdışı 

Dağlıq Qarabağda ilk hərbi toqquşmaların başlandığı zaman, İbad Amurda yerləşən hərbi hissədə Sovet ordusunda qulluq edirdi. Burada o, Sovet ordusunun Bakıya qoşun yeritdiyini və çoxlu sayda həmyerlisinin öldürüldüyünü öyrənir. Hüseynov Azərbaycandan olan digər hərbçilər ilə birlikdə, onların vətənə buraxılması məqsədilə müddətsiz aclıq aksiyasına başlayır. Komandanlığın ağır təzyiqinə baxmayaraq onlar aclıq aksiyasını dayandırmır. Nəticədə rəhbərlik geri çəkilir və indiyə qədər heç yerdə görünməmiş addım atır — hərbçiləri xidmət müddətinin bitməsinə qədər ehtiyata buraxırlar. Bununlada İbad Azərbaycana qayıtmağı bacarır.

Qarabağ müharibəsi

İbad Hüseynov 1990-cı ildə Azərbaycana qayıtdıqdan sonra öz doğma Xocavənd rayonuna gedir və orada yerli hərbi özünümüdafiə birləşmələri yaratmağa başlayır. Məhz bu dövrdə Dağlıq Qarabağ münaqişəsinin aktiv fazası başlayır və qızğın hərbi döyüşlərin getdiyi ərazilərə erməni silahlı qrupları soxulmağa başlayır. Bu qruplar yerli Azərbaycan əhalisinə qarşı xüsusi qəddarlıqla seçilirdi.
Ermənilərdə regionda yerləşən sovet ordusundan və ya xaricdən alınmış yetərincə hərbi sursat, təchizat və texniki vardı. Hüseynov və onun döyüş yoldaşlarında isə nə silah almaq, nə də onu haradansa əldə etmək imkanı yox idi. Bu üzdən o, “kəşfiyyat-diversiya dəstəsi” yaradır və erməni tərəfə keçərək onları məhv edərək, çoxlu sayda hərbi silah və təchizatlarını ələ keçirməyə başlayır. İbad Hüseynovun dəstəsi həmçinin sovet ordusunun hissələrinə də qarşı diversiya əməliyyatları keçirir və bu hərəkəti yerli sovet qoşunların ermənilərə dəstək verərək, onlara silah satmaları ilə izah edirdi.

Monte Melkonyan

Erməni tərəfin danışıqlarını radio yaxalama vasitəsilə izləyəndə məlum oldu ki, Ağdam-Xocavənd istiqamətində erməni hərbi bölmələrinə rəhbərlik etmək üçün əraziyə Avo ləqəbli məşhur erməni komandiri gəlir. Read more

Bu gənclərin məqsədi nədir?

Tezliklə…( ardı olacaq)  P.S çox yox , 4 gündən sonra biləcəksiniz :)

Iran websites hacked by Pirates Crew

http://abadan-its.ir/

http://abrishamcity.com/

http://store.mylinkdon.com/

http://spor.maraton.ir/

http://tehrantomer.ir/

http://yaghootgas.ir/

http://sirvanasanro.ir/

http://www.gaem-co.ir/

http://printpasargad.ir/

http://urumkala.ir/ Read more

“İRƏLİ” İctimai Birliyi 3 yaşını qeyd etdi

24 dekabr 2011-ci il tarixində HEZZ klubda “İRƏLİ” İctimai Birliyinin təsis olunmasının 3-cü il dönümünə həsr olunmuş tədbir həyata keçirilmişdir. Ümumilikdə 700 nəfərin qatıldığı tədbirdə diplomatik korpusun nümayəndələri, dövlət rəsmiləri, özəl sektorun, həmçinin QHT sektorunun təmsilçiləri və fəal “İRƏLİ”çilər iştirak etmişlər.

Tədbiri giriş sözü ilə açan “İRƏLİ” İctimai Birliyinin sədri, millət vəkili Ceyhun Osmanlı qonaqları salamlamış, çıxışına Cənab Prezidentimiz İlham Əliyevin doğum günü təbriki ilə başlamış, Azərbaycan gəncliyinin inkişafında verdiyi töhfələrdən danışmışdır. Daha sonra “İRƏLİ”nin yaranma ideyası və ümumilikdə fəaliyyət dövrü ərzində qazandığı uğurlardan bəhs etmişdir. Ceyhun Osmanlı çıxışında “İRƏLİ”nin ən böyük uğurunun onun Azərbaycan gəncliyinin etimadını qazanmasında gördüyünü bildirmişdir. Gələcəkdə də təşkilatın əsas vəzifəsinin məhz qazanılmış etimadın, etibarın saxlanılması və daha da möhkəmləndirilməsinə yönəldiləcəyini söyləmişdir.

Sonra Azərbaycan Respubikası Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov çıxışında “İRƏLİ” İctimai Birliyinin ölkəmizdə insan kapitalının, gənclər sektorunun inkişafında olan rolunu xüsusi olaraq qeyd etmişdir. Read more

Follow

Get every new post delivered to your Inbox.